İDMAN


WRC mövsümünün finalı Monza ralli şousu çərçivəsində keçirilə bilər

Bakı, 17 sentyabr, AZƏRTAC 

WRC (dünya ralli çempionatı) mövsümünün finalı 1978-ci ildən məşhur italyan trasında hər il təşkil edilən Monza ralli şousu çərçivəsində keçirilə bilər. Builki tədbirin dekabrın 3-6-da təşkili planlaşdırılır.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, pandemiya ilə bağlı bəzi mərhələlərin ləğvindən sonra təqvimdə yalnız yeddi yürüş qalıb. WRC promouterləri təqvimə ən azı bir əlavə mərhələ daxil etməyi planlaşdırırlar. Belə ki, Monzadan əlavə, Xorvatiyada da yarışın təşkili variantı nəzərdən keçirilir.

Monza ralli şousu dünya çempionatı təqviminə daxil edilməsə belə, yarış WRC komandaları üçün ənənəvi şou formatında təşkil olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.