ELM VƏ TƏHSİL
XIRDALANDAKI 2 NÖMRƏLİ ORTA MƏKTƏB ÜÇÜN TİKİLMİŞ YENİ TƏDRİS KORPUSUNUN AÇILIŞI OLMUŞDUR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, rayon icra hakimiyyətinin başçısı Mirzə Novruzov və təhsil nazirinin müavini Elmar Qasımov tədbirdə çıxış edərək təhsilimizin inkişafında xalqımızın dahi oğlu, müstəqil Azərbaycan dövlətinin banisi Heydər Əliyevin əvəzsiz xidmətlərindən danışmış, ümummilli liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişlər.
Natiqlər təhsilimizlə bağlı həyata keçirilən tədbirlərin əhəmiyyətindən söhbət açmış, yeni tədris korpusunun istifadəyə verilməsi, “Bilik günü” və 2004�5-ci tədris ilinin başlanması münasibətilə müəllim və şagirdləri təbrik etmişlər.
Məktəbin direktoru Adil Kazımov yeni tədris korpusunun 15 sinif otağından ibarət olduğunu diqqətə çatdırmış, onun inşasına göstərilən köməyə görə minnətdarlığını bildirmişdir.
Şagirdlərin ifasında Vətən, ana, məktəb haqqında şeirlər səslənmişdir.
Sonra ilk zəng çalınmış, şagirdlər yeni sinif otaqlarına daxil olmuşlar.
Məktəbdə ilk dərslər ümummilli liderimiz Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr olunmuşdur.