Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

XORVATİYA RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ CƏNAB STİPE MESİÇƏ

Hörmətli cənab Prezident,

Xorvatiya Respublikasının milli bayramı münasibətilə Sizi və bütün Xorvatiya xalqını səmimi qəlbdən təbrik edirəm.

Ümidvaram ki, Avropa ailəsində birləşən xalqlarımız arasındakı münasibətlər bundan sonra da dostluq və əməkdaşlıq məcrasında davam edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və firavanlıq arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 iyun 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin