ELM VƏ TƏHSİL


X siniflər üçün şagird yerdəyişməsi prosesi sentyabrın 5-dək davam edəcək

Bakı, 17 avqust, AZƏRTAC

2022-2023-cü tədris ili üzrə X siniflər üçün şagird yerdəyişməsi prosesi davam edir. Proses sy.edu.az elektron sistemi üzərindən həyata keçirilir.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, valideynlər üçün sy.edu.az elektron sistemində ümum təhsil müəssisələrinə sorğu yerləşdirmə prosesi 5 sentyabr saat 18:00-dək davam edəcək.

Valideynlər 9 sentyabr saat 15:00-dək övladlarının sənədlərini yerdəyişmə etdiyi ümumi təhsil müəssisəsinə təqdim etməlidirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.