REGİONLAR


Xaçmaz rayonunda 1526 şagird üçün son zəng çalınıb FOTO  

Xaçmaz, 14 iyun, Elxan Yusifli, AZƏRTAC

Bu tədris ilində Xaçmaz rayonundakı 89 təhsil müəssisəsində 1526 nəfər XI sinfi bitirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda son zəng tədbirləri şagirdlərin təhlükəsizliyi təmin olunmaqla, bilavasitə ümumtəhsil məktəblərində təşkil edilib.

Rayonun ən böyük təhsil müəssisələrindən sayılan akademik Zərifə Əliyeva adına 8 saylı məktəb-liseydə keçirilən son zəng tədbirində məktəb kollektivi ilə yanaşı, təhsil şöbəsinin nümayəndələri və valideynlər də iştirak edib.

Çıxış edənlər müstəqil həyata qədəm qoyan məzunlara uğurlar arzulayıb, onları Vətənə layiqli övlad olmağa səsləyiblər.

Tədbirdə qəbul imtahanlarında II qrup üzrə 700 bal toplayan Jalə Rəcəbova, eləcə də respublika fənn olimpiadalarında və müxtəlif müsabiqələrdə uğur qazanan digər şagirdlər fəxri fərmanla mükafatlandırılıblar.

Şagirdlərin nümayiş etdirdikləri ədəbi-bədii kompozisiyadan sonra son zəng çalınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.