REGİONLAR
Xaçmazda otuz ilə yaxın müəllimlik edən şəhid anası ziyarət olunub
Xaçmaz, 5 oktyabr, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə şəhid Mahir Məmmədovun anası, 26 il pedaqoji fəaliyyətlə məşğul olan Timziyə Məmmədovaya fəxri fərman təqdim edilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev 68 yaşlı şəhid anasını evində ziyarət edib.
Şəhid anası rayon icra hakimiyyətinin fəxri fərmanı və xatirə hədiyyəsi ilə mükafatlandırılıb.
Timziyə Məmmədova göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.
Timziyə Məmmədovanın oğlu Mahir Məmmədov ömrünün 17 ilini Vətənə xidmətə həsr edib. O, 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşərək şəhidlik zirvəsinə ucalıb. Baş gizir Mahir Məmmədov ölümündən sonra “Füzulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub.