REGİONLAR
Xaçmazlı məktəblilər arasından ədəbiyyat biliciləri seçilir VİDEO
Xaçmaz, 2 fevral, Elxan Yusifli, AZƏRTAC
Xaçmazda “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin rayon turuna 89 ümumtəhsil məktəbindən 100 şagird qatılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, fevralın 2-də təşkil olunan rayon mərhələsinin iki qalibi Bakı şəhərində keçiriləcək ölkə turuna vəsiqə qazanacaq.
Müsabiqədə rayonun ümumtəhsil məktəblərinin VIII-XI siniflərinin şagirdləri üç saat ərzində sualları yazılı cavablandırıblar.
Yarışda əsas məqsəd şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək, onlarda mütaliə vərdişlərini formalaşdırmaq və mütaliə sahəsində xüsusi fəallığı ilə fərqlənən şagirdləri aşkara çıxarmaqdır.
Müsabiqə məktəb, rayon və respublika mərhələlərində keçirilir. Müsabiqənin məktəb mərhələsi noyabr-dekabr aylarında yekunlaşdırılıb, yekun tur isə mart-aprel aylarında olacaq.