MƏDƏNİYYƏT
Xalq Şairi Qabil İmamverdiyevin xatirə gecəsi keçiriləcək
Bakı, 24 sentyabr, AZƏRTAC
Sentyabrın 29-da Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında Xalq Şairi Qabil İmamverdiyevin anadan olmasının 90 illik yubileyi münasibətilə tədbir keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə təşkil olunacaq xatirə gecəsində şairin həyat və yaradıcılığından, Azərbaycan poeziyasına töhfələrindən danışılacaq, şeirləri səsləndiriləcək. Şairin yaxınları, poeziya dostları onun haqqında xatirələrini bölüşəcəklər. Həmçinin şairin həyat və yaradıcılığını əks etdirən sərgi açılacaq.
Tədbir çərçivəsində konsert proqramı da nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.05.2024 [10:43]
Misirdə azərbaycanlı muğam və mədhiyyə ustasının xatirəsi anılıb
- 08.05.2024 [10:29]
Bu gün görkəmli bəstəkar Soltan Hacıbəyovun anadan olmasından 105 il ötür
- 08.05.2024 [03:45]