MƏDƏNİYYƏT


Xanəndə Qoçaq Əsgərovun ifalarının yer aldığı albom Avropada 200 min tirajla satılıb

Bakı, 18 fevral, AZƏRTAC 

Tanınmış xanəndə, Əməkdar artist Qoçaq Əsgərovun ifalarının da yer aldığı albom Avropada 200 min tirajla satılıb.

Bu barədə AZƏRTAC-a məlumat verən xanəndə deyib ki, fransız sənətçiləri ilə birlikdə hazırlanan sözügedən albom İtaliyada işıq üzü görüb.

Albom Avstriyanın Melbourne şəhər radiosunda mütəmadi olaraq səslənib və yüksək reytinq toplayıb. Albomda yer alan mahnılardan ən çox dinlənilən xanəndənin ifasında “Sarı gəlin” mahnısı olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.