CƏMİYYƏT
Xətai rayonu ərazisində soyğunçuluq edən keçmiş məhkum tutulub
Bakı, 19 fevral, AZƏRTAC
Xətai rayonu ərazisində xətt avtobusunda soyğunçuluq yolu ilə 50 manat pulu götürüb qaçmağa cəhd göstərən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş S.Əhmədov 37-ci polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla onun fevralın 6-da digər bir xətt avtobusundan açıq qapıdan girərək 25 manat pul oğurlaması da müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]