CƏMİYYƏT


Xətai rayonunda soyğunçuluğa görə saxlanılan şəxsin digər cinayətlər törətməsi də araşdırılır

Bakı, 25 sentyabr, AZƏRTAC

Xətai rayonunda soyğunçuluq hadisəsi baş verib. Sentyabrın 18-də naməlum şəxs paytaxt sakini C.Süleymanova qarşı soyğunçuluq edərək onun qızıl boyunbağısını əlindən alıb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, rayon polis idarəsinin 37-ci polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Vəliyev saxlanılıb.

Faktla bağlı saxlanılan şəxs barəsində 37-ci polis şöbəsində toplanan materiallar Xətai rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

Bu şəxsin paytaxt ərazisində digər analoji cinayətlər etdiyi istisna olunmur. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in 102 - Zəng Mərkəzinə məlumat verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.