Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Xətai rayonunda ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan yarışların qalibləri mükafatlandırılıb

Bakı, 5 iyul, AZƏRTAC

İyulun 5-də Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə rayon ərazisində orta ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunan mini futbol və şahmat turnirinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən YAP Xətai rayon təşkilatının sədri Vüqar Rəhimzadə qalibləri təbrik edərək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin bu günümüz üçün yaratdığı möhkəm təməldən söz açıb: “Xoşbəxt gənclərsiniz ki, ulu öndər Heydər Əliyevin yenidən qurduğu, dövlətimizin başçısı İlham Əliyevin təkmil islahatları ilə sürətlə inkişaf etdirdiyi, innovasiyalar ölkəsinə çevirdiyi qalib Azərbaycanın vətəndaşlarısınız. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı tarixi Zəfərimizin qürurunu yaşayır, böyük Qələbəmizin yaratdığı reallıqların fonunda Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdırır. Cari ilin mühüm hadisələri sırasında yer alan Dünya Azərbaycanlılarının Şuşada keçirilən Zəfər Qurultayı bir daha xalqımızın yenilməzliyinin, məğrurluğunun bütün dünyaya təqdimatı oldu. Nailiyyətlərimizin zirvəsində tarixi Zəfərimizin əsasında ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və hazırda bu xəttin Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurla davam etdirməsi dayanır. Qarabağ Zəfəri gənclərimizin torpaq, Vətən sevgisinin təqdimatı oldu. Azərbaycanın vətənpərvər oğulları qanları, canları ilə tarix yazıb 44 gündə 30 ilin işğalına son qoyublar”.

V.Rəhimzadə bildirib ki, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünü məhz bu tarixi Qələbə ruhunda qeyd etdik. Bununla bağlı rayon ərazisində Xətai Rayon İcra Hakimiyyətinin və YAP Xətai rayon təşkilatının birgə təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib. Mini futbol və şahmat turniri də bu tədbirlər sılsiləsindən idi.

YAP Xətai rayon təşkilatının sədri məktəblilər arasında keçirilən bu yarışın əhəmiyyətindən, Heydər Əliyev ideyalarının təbliğində rolundan geniş bəhs edərək bildirib ki, idmana diqqət və qayğı Ümummilli Liderin siyasətinin əsas tərkib hissəsi idi: “Ulu öndər Heydər Əliyev gənclərimizin sağlam ruhda böyüməsinə çağırışlar edir, idmanın da bir siyasət olduğunu bildirirdi. Bu baxımdan ki, idman meydançalarında qazanılan hər bir qələbə Azərbaycan bayrağının yüksəklərdə dalğalanmasına, Azərbaycanın Dövlət Himninin səsləndirilməsinə yol açır. Bu da nəticə etibarı ilə ölkəmizin beynəlxalq arenada təqdimatı, milli qürurumuz və milli kimliyimizdir. Eyni zamanda, bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, üçrəngli bayrağımız azad Qarabağda, o cümlədən azad Şuşada dalğalanır”.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Etibar Əhmədov məktəbliləri qazandıqları qələbə münasibətilə təbrik edib və onlara uğurlarının davamlı olmasını arzulayıb: “Ulu öndər Heydər Əliyevin adı ilə bağlı tədbirin iştirakçısı olmaq, bu dahi şəxsiyyətin əziz xatirəsinə həsr edilən yarışda uğur qazanmaq böyük xoşbəxtlikdir. Ümummilli Lider daim Azərbaycan gəncliyinin bu günü və gələcəyi üçün çalışırdı. Onun hakimiyyətinin hər iki dövrünə diqqət yetirsək gənclərə diqqət və qayğının həyata keçirilən siyasətin önündə dayandığını görərik. Ulu Öndərin əsas tövsiyələrindən biri onların mükəmməl təhsilə, biliyə, savada malik olmaları, yüksək ixtisaslı kadr kimi yetişib Azərbaycanın gələcək inkişafına öz töhfələrini vermələri idi. Bununla bərabər, Ulu Öndər gənclərin sağlam olmasını da əsas məsələ kimi öndə saxlayırdı. Ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafına göstərdiyi diqqət və qayğı bugünümüzün reallıqlarında öz əksini tapır”.

E. Əhmədov vurğulayıb ki, bu gün Heydər Əliyev siyasətinin uğurlu davamı bütün sahələrdə, o cümlədən idmanda özünü aydın şəkildə göstərir: “Dövlət başçısı İlham Əliyevin mütəmadi olaraq beynəlxalq yarışlarda qalib gələn idmançılarımızı qəbul etməsi, qalib ölkənin vətəndaşları kimi onların qarşılarında dayanan vəzifələrdən bəhs etməsi qürurvericidir. Bu fikir daim diqqətə çatdırılır ki, 44 günlük Vətən müharibəsinə qədər keçirilən beynəlxalq idman yarışlarında Azərbaycanı təmsil edərkən əsas məqsəd qalib gəlmək, bayrağımızın yüksəklərdə dalğalanmasına nail olmaq idisə, idmançılarımız bu gün artıq ikiqat məsuliyyət daşıyırlar. Çünki onlar qalib ölkəni təmsil edirlər. Bu Zəfəri daim qorumalı, qalib Azərbaycanın uğurlarının təbliğinə hər birimiz öz töhfəmizi verməliyik”.

Xətai Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Anar Məmmədov bu arzu ilə məktəblilərə müraciət edib ki, dünya arenasında ölkəmizi təmsil edib, Azərbaycanın üçrəngli bayrağını yüksəklərə qaldırsınlar. Bunun üçün ölkəmizdə həm idmanın inkişafına böyük dəstək var, həm də Azərbaycan gəncləri vətənpərvər, torpağına bağlı gənclərdir.

A.Məmmədov bildirib ki, bu gün hər birimiz qalib Azərbaycanımızla qürur duyur, ulu öndər Heydər Əliyevin siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində qazanılan nailiyyətlərin davamlılığına töhfələr verməyə səy göstəririk: “Bu gün Azərbaycana hansı istiqamətdən baxsaq böyük inkişafın, tərəqqinin şahidi olarıq. Artıq azad Qarabağımızın, Şərqi Zəngəzurun cənnətməkana çevrilməsi istiqamətində böyük quruculuq işləri həyata keçirilir. Bu gün azad Şuşamız beynəlxalq əhəmiyyətli tədbirlərin keçirilməsi üçün əsas məkan seçilir. Bütün bunlar Heydər Əliyev siyasətinin təntənəsidir”.

Sonda mini futbol və şahmat turnirinin qaliblərinə hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır