CƏMİYYƏT
Xəzər dənizindən meyiti tapılan şəxslərin kimliyi müəyyənləşib
Bakı, 25 may, AZƏRTAC
Mayın 24-də dənizdə (sahildən, təxminən 90 kilometr dənizin içinə doğru) aşkarlanan rezin qayıq və içərisində olan 2 nəfərin meyiti Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-3" gəmisi ilə sahilə gətirilib və aidiyyəti üzrə təhvil verilib.
Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, meyitlərə ilkin baxış zamanı onların bu il aprelin 18-də itkin düşən Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Cəbiyev Adil Müşviq oğlu və 2001-ci il təvəllüdlü Nəzərov Nüsrət Nəzər oğluna aid olduğu müəyyən edilib.