CƏMİYYƏT


Xəzər rayonunda əməliyyat: Külli miqdarda heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb VİDEO

Bakı, 16 fevral, AZƏRTAC

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat zamanı Binə qəsəbəsində narkotiklərin satışı ilə məşğul olan Allahyar İsgəndərli saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, onun üstünə baxış zamanı 2 kiloqrama yaxın narkotik vasitə heroin aşkar edilib. Saxlanılan şəxs sosial şəbəkələrdə tanımadığı “Ümid” adlı İran vətəndaşı tərəfindən narkokuryerliyə cəlb edildiyini və onun onlayn yolla paytaxt ərazisinə satmaq məqsədilə göndərdiyi heroini qəbul etdiyini bildirib.

Xəzər Rayon Polis İdarəsi, eləcə də ərazi polis şöbə və bölmələrinin əməkdaşları tərəfindən Mərdəkan, Türkan, Şüvəlan, Şağan qəsəbələri, həmçinin rayonun digər ərazilərində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 9 nəfər saxlanılıb. Həmin şəxslərdən də külli miqdarda heroin, tiryək, marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.

Faktlarla bağlı toplanan materiallar rayon polis idarəsinin istintaq şöbəsinə göndərilib. Xəzər rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən əməliyyatlar davam etdirilir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.