Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Xəzər rayonundakı 183 nömrəli orta məktəbin 80 illik yubileyi qeyd olunub VİDEO

Bakı, 15 aprel, K.Əliyeva, M.Dadaşov, AZƏRTAC

Bakının Xəzər rayonundakı 183 nömrəli tam orta məktəbin 80 illik yubileyi qeyd olunub.

AZƏRTAC xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ), Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, Milli Məclisin deputatları, rayon ictimaiyyətinin təmsilçiləri, məktəbin məzunları iştirak ediblər.

Əvvəlcə məktəbin həyətində şagirdlər “Azərbaycan” mahnısı əsasında fləşmob göstərib, mahnı və rəqslər ifa ediblər. Məktəbin gənc idmançılarının çıxışları maraqla qarşılanıb.

Daha sonra məktəbin foyesində ümummilli lider Heydər Əliyevin portreti önünə gül dəstələri düzülüb.

Tədbir iştirakçıları bu təhsil ocağının yubileyinə həsr edilmiş sərgi ilə tanış olublar.

Məktəbin direktoru Rəhilə Abbasova rəhbərlik etdiyi təhsil müəssisəsinin keçdiyi inkişaf yolundan danışıb. Bildirilib ki, məktəbin təməli 1937-ci ildə qoyulub. Sonralar bu təhsil müəssisəsi əsaslı yenilənib və zamanın tələbinə uyğunlaşdırılıb.

R.Abbasova diqqətə çatdırıb ki, hazırda məktəbdə 992 şagirdin təlim-tərbiyəsi ilə 62 müəllim məşğul olur. Məktəbdə təcrübəli müəllimlərin səylə çalışdıqları, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlər göstərdikləri qeyd edilib.

Bildirilib ki, bu günədək məktəbdə 3.542 məzun olub. 430 yerlik ilk korpusla yeddiillik məktəb kimi fəaliyyətə başlayan bu təhsil ocağı xalq təsərrüfatının müxtəlif sahələri üçün gənc kadrların yetişdirilməsi işini uğurla aparıb. Sonralar onillik məktəbə çevrilən və 1974-cü ildə tikilmiş 630 yerlik ikinci korpusla fəaliyyətini müvəffəqiyyətlə davam etdirən 183 nömrəli məktəb öz mükəmməl təhsili, peşəkar müəllim heyəti ilə seçilməyə başlayıb.

R.Abbasova vurğulayıb ki, məktəbin fəaliyyəti ötən əsrin sonlarında müstəqilliyimizin bərpası ilə əlaqədar yeni keyfiyyət dövrünə qədəm qoyub. Ölkə miqyasında yeni təhsil ocaqlarının tikilməsi, yenidən qurulması dövrü başlanıb. 2006-cı ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə 200 yerlik ibtidai korpus tikilib və digər korpuslarla birləşdirilib. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində məktəbimizin həyətində tikilmiş həmin korpus bütün avadanlığı və təchizatı ilə son tələblərə cavab verir. Hazırda 1260 yerlik, bir növbəli, beşgünlük rejimlə işləyən və hər kəsin etimadını qazanmış məktəbimiz tərəqqi və çiçəklənmə dövrünü yaşayır.

Qeyd olunub ki, 2009-cu ildən 183 nömrəli tam orta məktəbin maddi-texniki bazasının gücləndirilməsinə, daha yüksək keyfiyyətli təhsil vermək üçün əvvəlki korpusların yenidən qurulmasına, təmirinə, tam yeni avadanlıqla təchiz edilməsinə başlanılıb. Məktəbin əsaslı təmiri üçün dövlət qurumlarının diqqətinin məktəbə yönəldilməsi istiqamətində ardıcıl və prinsipial iş aparılır. Birgə səylər nəticəsində məktəb keyfiyyətli təhsilə imkan verən bütün şərtlərlə 2011-ci ildə əsaslı təmir edilib. Məktəbin görkəmi tamamilə dəyişdirilib, avadanlığı bütünlüklə yenilənib, maddi-texniki bazası son dövrün tələblərinə uyğun olaraq möhkəmlənib. Əvvəllər də bir çox uğurlara imza atmış məktəb görülən bütün bu işlərin nəticəsində daha böyük nailiyyətlər əldə etməkdədir.

Məktəbin bir sıra layihələrdə fəal iştirakını, hər il məzunların yüksək balla müxtəlif ali təhsil müəssisələrinə qəbul olunduqlarını diqqətə çatdıran direktor bildirib ki, qazanılan uğurlarda kollektivin böyük əməyi var. Sadalamaqla bitməyən bu uğurlar bizi məktəbimizin pedaqoji kollektivi qarşısında duran ən ümdə vəzifəni - gənc nəslin sağlam düşüncəli, bilikli və hərtərəfli dövlət qurucusu kimi yertişdirilməsini daha böyük əzmlə yerinə yetirməyə ruhlandırır. Daşıdığımız yükün ağır, eyni zamanda, çox şərəfli olduğunu dərk edir, cəmiyyət üçün faydalı vətəndaşlar yetişdirməyə çalışırıq. Biz azad, suveren, bütöv Azərbaycanın qurucularının yetişdirilməsinə bütün gücümüzü, qəlbimizin odunu-alovunu sərf etməyi bacarmalıyıq. Çünki biz xalq üçün çalışırıq, xalqın müəllimləriyik.

Milli Məclisin deputatı Rauf Əliyev bildirib ki, 183 nömrəli məktəb Xəzər rayonunun nümunəvi təhsil müəssisələrindəndir. Bu məktəbin məzunları arasında tanınmış insanlar çoxdur. Prezident İlham Əliyevin təhsil və tədrisin təşkili ilə bağlı qarşıya qoyduğu vəzifələr bu gün məktəbin kollektivi tərəfindən uğurla icra olunur. Ötən müddətdə xalqımızın zəngin maarifçilik ənənələrini layiqincə davam etdirən məktəb təlim-tərbiyə və tədris işinin təşkilində, təhsilli və vətənpərvər gənclərin yetişdirilməsində böyük nailiyyətlər qazanıb. R.Əliyev məktəbin kollektivini yubiley münasibətilə təbrik edib, uğurlar arzulayıb.

Tədbirdə çıxış edən BŞTİ-nin müdiri Məhəbbət Vəliyeva paytaxt təhsilinin inkişafı istiqamətində əldə olunan uğurlardan, həyata keçirilən layihələrdən danışıb, respublikamızda şagirdlərin bərabər təhsil imkanları üçün dövlət tərəfindən hər cür şəraitin yaradıldığını deyib.

Hazırda təhsil sahəsinə dövlətimiz tərəfindən xüsusi diqqət göstərildiyini vurğulayan M.Vəliyeva qeyd edib ki, ölkənin bütün regionlarında yeni məktəblər tikilir, təhsil müəssisələrində təmir işləri aparılır. BŞTİ-nin müdiri məktəblərdə gənc nəslin inkişafı, layiqli vətəndaşlar kimi yetişdirilməsi üçün həyata keçirilən layihələrdən, görülən işlərdən danışıb. Yaxın günlərdə BŞTİ tərəfindən 183 nömrəli məktəbin həyətində güləkmə aksiyasının keçiriləcəyi bildirilib.

M.Vəliyeva məktəbin 80 illik yubileyi münasibətilə kollektivi təbrik edib, daha böyük uğurlar arzulayıb.

Tədbirdə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov, Xəzər rayon Ziyalılar Cəmiyyətinin sədri, professor Təvəkkül Səlimov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətəliyeva, Azərbaycanın Rus İcmasının sədri, Milli Məclisin deputatı Mixail Zabelin, məktəbin təqaüddə olan veteran müəllimləri təhsil müəssisəsinin kollektivini yubiley münasibətilə təbrik ediblər. Son illər ölkəmizdə aparılan təhsil islahatlarından danışan natiqlər ümummilli lider Heydər Əliyevin hələ keçən əsrin 70-ci illərində təhsilin inkişafına verdiyi töhfələri xüsusi vurğulayıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də həmişə təhsilə böyük diqqət və qayğı göstərir.

Rayon təhsil şöbəsinin müdiri İlham Məmmədov videobağlantı vasitəsilə məktəbin kollektivinə təbriklərini çatdırıb, müəllimlərə təhsilimizin inkişafı istiqamətində daha böyük uğurlar arzulayıb.

Məktəbin məzunları təhsil müəssisəsi ilə bağlı xatirələrini bölüşüblər.

Yubiley tədbiri şagirdlərin hazırladıqları bədii kompozisiya və məktəbin məzunları olmuş gənc ifaçıların çıxışları ilə davam edib.

Sonda səmərəli fəaliyyətinə görə fərqlənən müəllimlər fəxri fərmanlarla təltif olunublar.

Xəzər rayonundakı 183 nömrəli orta məktəbin 80 illik yubileyi qeyd olunub VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

BƏT: Azərbaycanda atalıq məzuniyyəti ilə bağlı vəziyyəti yaxşılaşdırmağa ehtiyac var

AMEA-nın yeni loqotipinin - embleminin hazırlanması üçün təqdim edilən layihələrə yekun baxış keçirilib

Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

“Qaçqınkom”da vətəndaşların müraciətləri dinlənilib

Ötən ay miqrasiya qanunvericiliyini pozan 202 əcnəbinin ölkəyə girişləri məhdudlaşdırılıb

® “Moody’s” beynəlxalq reytinq agentliyi “Kapital Bank”ın reytinq qiymətləndirməsini açıqlayıb

“Azərbaycanda audiovizual yayımın hüquqi tənzimlənməsi” mövzusunda seminar təşkil edilib

Baş nazir Əli Əsədov Ankarada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti daha 2 məktəbdə maarifləndirmə tədbirləri keçirib

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur