REGİONLAR


Xınalıq və Ləzədə 30 santimetr qar yağıb, mənfi 7 dərəcə şaxta qeydə alınıb VİDEO

Quba, 2 dekabr, Elxan Yusifli, AZƏRTAC

Dekabrın 1-i axşam saatlarından başlayaraq Quba, Qusar və Xızı rayonlarının ərazisinə qar yağıb.

Qubada yerləşən Şimal-Şərq Regional Hidrometeorologiya Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildiriblər ki, ən çox qar Qubanın Qırız və Qusarın Ləzə kəndlərində qeydə alınıb. Bu kəndlərdə qarın hündürlüyü 30 santimetrə çatır.

Qubanın Xınalıq kəndində 25, Xaltanda 10, Qusarın Həzrə kəndində 4, Xızının Altıağac qəsəbəsində isə 7 santimetr qar var.

Qubanın rayon mərkəzində isə qarın hündürlüyü 1 santimetrdir.

Qar yağması ilə əlaqədar dağlıq ərazilərdə temperatur mənfi 7 dərəcəyədək aşağı düşüb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.