MƏDƏNİYYƏT
Xırdalan şəhər Musiqi Məktəbinin kollektivi Gürcüstanda konsert proqramı ilə çıxış edib
Tbilisi, 25 noyabr, AZƏRTAC
Abşeron rayonu Xırdalan şəhər 11 illik Musiqi Məktəbinin kollektivi noyabrın 25-də Gürcüstanda,
azərbaycanlıların yığcam yaşadıqları Qardabani rayonunda maraqlı konsert proqramı ilə çıxış edib.
Məktəbin direktoru, Azərbaycanın Əməkdar Müəllimi İkram Manafov deyib ki, kollektiv Gürcüstana Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Muzeyinin dəvəti və Azərbaycan Mədəniyyət Nazirliyinin dəstəyi ilə səfər edib.
Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunmuş konsertdə məktəblilər xalq və bəstəkar mahnılarımızı ifa ediblər.
Məktəblilərin ifa etdikləri “Qarabağ şikəstəsi” alqışlarla qarşılanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [12:43]
Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb
- 07.05.2024 [12:28]
“Supermen” filmindən ilk kadr yayımlanıb
- 07.05.2024 [11:28]
“Dəli yığıncağı” yenidən Gənc Tamaşaçılar Teatrının səhnəsində
- 07.05.2024 [11:25]
Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür
- 07.05.2024 [10:55]
Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür
- 07.05.2024 [10:54]