REGİONLAR


Xocalı faciəsi xalqımızın qan yaddaşına əbədi həkk olunub

Ağcabədi, 22 fevral, AZƏRTAC

1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı qüvvələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə Xocalıda bəşər tarixinin ən qanlı cinayətlərindən birini törədiblər. 28 il əvvəl baş verən Xocalı soyqırımı Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunub.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Yeni Azərbaycan Partiyası (YAP) Ağcabədi rayon təşkilatında Xocalı soyqırımının 28-ci ildönümü ilə bağlı keçirilən tədbirdə səslənib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsi və YAP rayon təşkilatının birgə təşkilatçılığı ilə keçirilən tədbirin iştirakçıları əvvəlcə Xocalı faciəsi qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

YAP Ağcabədi rayon təşkilatının sədr müavini Nazim Bünyatov, Gənclər və İdman İdarəsinin rəis müavini Eldəniz Qənbərov, Heydər Əliyev Mərkəzinin əməkdaşı Rövşanə Əliyeva, Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Əli Əhmədov və başqaları çıxış edərək, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı yüz illər boyu həyata keçirilən soyqırımı və deportasiya siyasətindən danışıblar. Bildirilib ki, mərhələ-mərhələ həyata keçirilən bu siyasət nəticəsində azərbaycanlılar tarixi-etnik torpaqlarından didərgin salınaraq kütləvi şəkildə qətl və qırğınlara məruz qalıb, xalqımıza məxsus minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılaraq viran edilib.

Diqqətə çatdırılıb ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi amansızlıqla qətlə yetirilib.

Sonra Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbin şagirdlərinin ifasında Xocalıya aid əbədi-bədii kompozisiyası nümayiş etdirilib.

Tədbir Xocalı soyqırımından bəhs edən sənədli filmin nümayişi ilə başa çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.