QAN YADDAŞI
Xocalı soyqırımı ilə bağlı iğdırlı məktəblilər arasında keçirilmiş müsabiqələrə yekun vurulub
İğdır, 28 fevral, AZƏRTAC
Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı Azərbaycan Qarsdakı baş konsulluğunun təşəbbüsü ilə İğdır-Azərbaycan Evi Dərnəyi (İAED) tərəfindən “Xocalıya ədalət!” devizi altında təşkil olunan şeir, inşa və rəsm müsabiqələrinin qalibləri mükafatlandırılıb.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən İAED-in sədri Sərdar Ünsal müsabiqələrə İğdır vilayətindəki liseylərdə təhsil alan 40-dan çox şagirdin qatıldığını bildirib.
Qaliblərin mükafatlandırılması mərasimində Xocalı soyqırımının dəhşətlərindən söhbət açılıb, faciə qurbanlarının xatirəsi yad edilib.
Müsabiqənin qalibləri İAED tərəfindən təltif olunub.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
İğdır