Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Xorvatiya Respublikasının sabiq Prezidenti Stepan Mesiçdən

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident, əziz dostum.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin. Siz fəal işinizlə, əsas dövləti məsələləri səmərəli şəkildə həll etməklə və beynəlxalq problemlərin həllində kompromis tapmaq bacarığınızla haqlı olaraq dünyada yüksək nüfuz və hörmət qazanmısınız.

Mən Sizə dost deyib ünsiyyət qura bildiyim üçün taleyimə minnətdaram.

Cənab Prezident, icazə verin, Sizə fəaliyyətinizdə uğurlar, cansağlığı, uzun ömür, xoşbəxtlik və firavanlıq diləyim.

Bu xoş fürsətdən istifadə edərək Sizə, ailənizə və ölkənizə qarşıdan gələn Yeni il münasibətilə ən xoş arzularımı yetirirəm.

Hörmətlə,

 

Stepan Mesiç

Xorvatiya Respublikasının sabiq Prezidenti (2000-2010)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin