ELM VƏ TƏHSİL
Xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu müsabiqəsinin müsahibə mərhələsi keçirilib
Bakı, 26 avqust, AZƏRTAC
Avqustun 26-da internat və internat tipli təhsil müəssisələrinin xüsusi təhsil siniflərinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi keçirilib.
Bu barədə AZƏRTAC-a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirilib ki, müsahibələrə 161 namizəd dəvət olunub. Onlardan 134-ü müsahibə mərhələsində iştirak edib.
Qeyd edək ki, müsahibələrdə namizədlərin biliyi və metodiki hazırlığı ilə yanaşı, şagirdlərlə işləmək qabiliyyəti, həssaslığı və məsuliyyətliliyi yoxlanılıb.