İQTİSADİYYAT


YANVARDA ƏN BAHA SATILAN NEFT MƏHSULU TƏYYARƏ YANACAĞI OLMUŞDUR

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) AZƏRTAC-a bildirmişlər ki, ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi yanvarda 2 min 180 ton avtomobil benzini, 118 min 516 ton dizel yanacağı, 19 min 845 ton təyyarə yanacağı, 59 ton sürtkü yağları ixrac etmişdir.
Yanvarda təyyarə yanacağının 1 tonu 541,88 dollara, dizel yanacağı 482,72 dollara, avtomobil benzini 482,08 dollara, mazut isə 229,28 dollara satılmışdır.
Ötən ay “Brent” markalı neftin 1 barrelinin qiyməti 53,68 dollar, “Urals” markalı neftin qiyməti isə 50,13 dollar olmuşdur. BTC FOB Ceyhan neftinin 1 barreli 53,17 dollara satılmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.