Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

YAP Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib

Bakı, 21 oktyabr, AZƏRTAC

Oktyabrın 21-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatında “Vətən müharibəsi: Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masada Milli Məclisin komitə sədrləri, parlamentdə təmsil olunan siyasi partiyaların rəhbərləri, hərbi, siyasi ekspertlər, QHT rəhbərləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Dəyirmi masada çıxış edən YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, müasir dövrdə hər bir ölkənin gücünü müəyyən edən əsas amillərdən biri milli həmrəylik faktorudur. Həmrəylik, əsas etibarilə, cəmiyyətin ümummilli məsələlər ətrafında səfərbər edilməsindən, toplumun mənəvi-siyasi enerjisinin milli maraqların qorunmasına yönləndirilməsindən asılıdır. Tarixi faktlar və reallıqlar təsdiq edir ki, burada əsas - aparıcı amil lider faktoru və ya liderlik fenomenidir.

YAP Sədrinin müavini qeyd edib ki, Azərbaycanda xalq-lider birliyi, yəni, milli həmrəylik amili həm müstəqilliyimizin, suverenliyimizin qarantı, həm də davamlı uğurlarımızın təminatçısıdır: “Ümumiyyətlə, müstəqillik dövrünün prosesləri və reallıqları təsdiqləyir ki, milli həmrəylik xalqımız, dövlətimiz üçün taleyüklü anlarda həlledici faktor kimi çıxış edib. Ümummilli lider Heydər Əliyev Azərbaycanda milli həmrəyliyi təmin etməklə sabitliyin və təhlükəsizliyin qorunmasına, inkişafın davamlı prosesə çevrilməsinə nail ola bilib. Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi 1993-2003-cü illər ərzində həmrəylik Azərbaycan dövlətinin milli gücünü artıran amillərdən biri olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi son 18 il ərzində isə milli həmrəyliyin daha da gücləndirilməsi Azərbaycanın möhtəşəm nailiyyətlər qazanaraq yeni zirvələr fəth etməsinə gətirib çıxarıb və ölkəmizin dünya birliyində layiqli yer tutmasını şərtləndirib. Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasını, tarixi ədalətin, milli ləyaqətin və milli qürurun bərpasını təmin edən 44 günlük Vətən müharibəsində qazanılmış qələbədə isə milli həmrəylik amilinin yeri və rolu müstəsnadır. Daha dəqiq desək, Prezident-Xalq-Ordu birliyi Azərbaycanın tarixi qələbəsinin əsasında duran ən mühüm amildir”.

Tahir Budaqovun sözlərinə görə, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə fəaliyyət göstərən əksər siyasi partiyalar Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin prinsipial siyasətinə qətiyyətli dəstək göstərdilər, müxtəlif xalqların nümayəndələri yumruq kimi birləşərək döyüş meydanına atıldılar, gənclərimiz Vətənin bütövlüyü uğrunda mübarizəyə qatılaraq şərəf və şanlı qürur tarixi yazdılar. İkinci Qarabağ müharibəsinin nəticəsi olan tarixi qələbə Prezident-Xalq-Ordu birliyinin möhtəşəmliyini, Azərbaycan dövlətinin milli gücünü, xalqımızın isə mübarizə əzmini - sarsılmaz həmrəyliyini bütün dünyaya nümayiş etdirdi. Bir daha sübuta yetirildi ki, güclü - qüdrətli Azərbaycan mürəkkəb beynəlxalq şərtlərə və şəraitə, bəzi dairələrin təzyiq cəhdlərinə baxmayaraq, istənilən strateji hədəfini reallaşdırmaq əzmində və iqtidarındadır.

YAP Mərkəzi Aparatının rəhbəri vurğulayıb ki, Prezident-Xalq-Ordu birliyinin təntənəsi olan möhtəşəm Qələbənin nəticələri təkcə Azərbaycanın ərazi bütövlüyünün və tarixi ədalətin bərpasını deyil, eyni zamanda, istər Cənubi Qafqaz regionunda, istərsə də Avrasiyada yeni geostrateji reallıqların təşəkkülünə səbəb olub: “Azərbaycan öz milli gücü, hərbi-siyasi resursları ilə işğal faktına son qoymaqla - münaqişəni və separatizm faktını aradan qaldırmaqla yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşdırıb. Yeni reallıqlar fonunda şərtləri qalib və üstün tərəf olan Azərbaycan diktə edir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə sistemli quruculuq işlərinin aparılması, tarixi, dini və mədəni abidələrimizin bərpa olunması regional inkişafın əhatə dairəsinin genişlənməsinə səbəb olmaqla yanaşı, milli tərəqqinin yeni mərhələsinə transformasiya deməkdir. Bütün bunlar xalq-lider birliyinin post-müharibə dövründə də Azərbaycanı siyasi-diplomatik və sosial-iqtisadi müstəvidə mühüm uğurlara daşıdığını, ölkəmizin qarşısında parlaq perspektivlər açdığını göstərir. Reallıqlar deməyə əsas verir ki, Azərbaycan bundan sonra da Prezident-Xalq-Ordu birliyi sayəsində öz mövqeyini daha da möhkəmləndirəcək, siyasi və iqtisadi imkanlarını genişləndirərək mühüm üstünlüklər qazanacaq. Bu isə xalqımızın milli sərvəti olan müstəqilliyimizin qorunması, tarixi qələbəmizin nəticələrinin möhkəmləndirilməsi, Azərbaycanın beynəlxalq münasibətlər sisteminin nüfuz və güc iyerarxiyasında davamlı yüksəlişi və nəhayət, daha güclü - daha qüdrətli Azərbaycan deməkdir!”.

Sonra Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlı “Siyasi dialoq və həmrəylik” mövzusunda çıxış edərək bildirib ki, Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi. Onun sözlərinə görə, müharibədən sonra yeni Azərbaycan yaranıb: “Torpaqlarımızın işğaldan azad edilməsi məsələsində əksər siyasi partiyaların bir araya gəlməsi müharibədə Qələbəyə təsir edən amillərdən biri olub. Vətən müharibəsi başlayan gün ölkədə fəaliyyət göstərən siyasi partiyaların mütləq əksəriyyəti birgə bəyanat imzalayaraq Ali Baş Komandana və orduya dəstək nümayiş etdirdilər. Ümummilli məsələlərdə vahid mövqeyin qorunması əsas şərtdir”.

S.Rüstəmxanlı qeyd edib ki, bu gün dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək mümkün deyil. Azərbaycanda normal dialoq mühitinin formalaşdığını deyən partiya sədri ölkəmizdə yeni siyasi konfiqurasiyanın yaranmasının əhəmiyyətini diqqətə çatdırıb və bu istiqamətdə Prezident İlham Əliyevin təşəbbüslərini yüksək dəyərləndirib. Siyasi partiyalar arasında bu birlik qorunmalıdır. O, siyasi münasibətlərin və dialoqun inkişafı ilə bağlı bir sıra təkliflər də irəli sürüb.

“Vətən müharibəsi: haqq və şərəf işi” mövzusunda çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Zahid Oruc isə bildirib ki, Azərbaycanın son iki yüz ildə belə bir möhtəşəm Qələbə qazanmasının əsas səbəbi xalqın xilaskar lider ətrafında sıx birləşməsi olub. Onun sözlərinə görə, bu birliyin bundan sonra da qorunub saxlanmasına nail olmalıyıq: “Əgər biz ötən illərdə məğlubiyyətin acısını, çətinliyini yaşayırdıqsa, indi də qazandığımız Qələbəni qorumalı, onu möhkəmləndirməliyik. Çünki Qələbədən sonra müəyyən dairələr tərəfindən ölkəmizə qarşı şər-böhtan kampaniyasının aparıldığını görürük. Ona görə də, biz milli birliyimizi daha da gücləndirməli, Prezidentimizin ətrafında bundan sonra da sıx birləşməliyik”.

Dəyirmi masada “Müqəddəs savaş: cəsurluğun, şücaətin və vətənpərvərliyin təntənəsi” mövzusunda çıxış edən iki dəfə “Azərbaycan Bayrağı” ordenli ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycan Ordusunun müharibədə Qələbə qazanmasının əsas səbəblərindən biri yüksək vətənpərvərlik amilidir: “Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra xalqımızın özünə inamı qayıtdı, o cümlədən, orduda, gənclərimizdə yüksək döyüş ruhu formalaşmağa başladı. Məhz bunun nəticəsidir ki, Birinci Qarabağ müharibəsində torpaqlarımızın bir hissəsi azad edildi. Atəşkəs dövründə isə Ulu Öndər tərəfindən güclü ordu quruculuğuna başlanıldı. Prezident İlham Əliyev bu siyasəti uğurla davam etdirərək Azərbaycanda güclü ordu yaratdı. Bu gün bizim Silahlı Qüvvələrimiz dünyanın ən güclü 50 ordusu sırasındadır. Ötən dövr ərzində çox yüksək vətənpərvər ruhlu gənc nəsil formalaşdı ki, bu amil Qələbəmizin təmin olunmasında öz sözünü dedi”.

Tədbirdə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin direktoru, politoloq Eldar Namazov “Vətən müharibəsi və yeni tarixi reallıqlar” mövzusunda çıxış edərək bildirib ki, hazırda tarixi proseslər yaşayırıq. Onun sözlərinə görə, dövlətimiz və xalqımız çox böyük qələbə qazanıb: “Azərbaycanla Türkiyə regionda güc balansını dəyişib. Hamı bu reallıqla barışmalıdır. Gələcəkdə bölgədə baş verəcək proseslərdə Azərbaycan müstəsna rol oynayan ölkələrdən biri olacaq. Biz artıq bunun son günlərdə İranla yaşanan gərginlikdə də şahidi olduq. Artıq İran rus sülhməramlılarının nəzarətində olan ərazilərimizə yük daşınmasına son verdi. Bu barədə İran tərəfi müvafiq qərar qəbul edib. Hesab edirəm ki, artıq bütün türk dövlətlərinin birliyinin daha da güclənməsi prosesi gedir və bu baxımdan gələcəkdə yeni bir güc mərkəzinin yaranmasının şahidi olacağıq. Noyabr ayında İstanbulda keçiriləcək türkdilli ölkələrin zirvə sammitində vacib qərarların qəbul edilməsi gözlənilir”.

Politoloqun fikrincə, 44 günlük Vətən müharibəsindəki Qələbəmizə tam qiymətin verilməsi üçün zaman lazım olacaq: “Biz dövlətimizin, liderimizin ətrafında sıx birləşməliyik. Bizi qarşıda işğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işlərini həyata keçirmək üçün böyük iqtisadi layihələr gözləyir. Biz artıq bölgədə yeni bir güc mərkəziyik. Gələcəkdə bu hadisələr dərsliklərə, kitablara qızıl hərflərlə yazılacaq”.

Tədbirdə YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Hikmət Məmmədov isə “Paralel baxış: Vətən müharibəsi və informasiya savaşı” mövzusunda çıxış edib. O bildirib ki, müasir dövrdə müharibələr hibrid müharibələr kimi səciyyələndirilir. Onun əsas komponentlərindən biri də informasiya müharibəsidir.

H.Məmmədov qeyd edib ki, 44 günlük müharibədə düşmənin və onun havadarlarının bizim informasiya məkanımıza müdaxilə cəhdlərini gördük: “Müharibə həm də informasiya məkanında gedirdi. 44 gün ərzində 35-dən çox xarici KİV-ə müsahibə verən Prezident İlham Əliyev informasiya müharibəsində də qələbəmizi təmin etdi. Amma bu gün də informasiya savaşı davam edir və bütün cəmiyyətimiz, o cümlədən siyasi partiyalar milli maraqlarımızın qorunması naminə bu prosesdə fəal iştirak etməlidir”.

Dəyirmi masada, həmçinin Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev, Ana Vətən Partiyasının sədri, Milli Məclisin deputatı Fəzail Ağamalı, Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafa, Milli Cəbhə Partiyasının sədri, Milli Məclisin deputatı Razi Nurullayev, Respublikaçı Alternativ Partiyasının sədri İlqar Məmmədov, Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin deputatı Asim Mollazadə, Vəhdət Partiyasının sədri, Milli Məclisin deputatı Tahir Kərimli, AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri Rəna Mirzəzadə və iqtisadçı Fuad İbrahimov çıxış edərək 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin əhəmiyyətini və bu Zəfərin əldə olunmasında milli birliyin və həmrəyliyin xüsusi rolunu vurğulayıblar. Çıxışlarda, həmçinin siyasi münasibətlərin inkişafı ilə bağlı fikir və təkliflər səsləndirilib.

Sonda çıxış edən Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli dəyirmi masada faydalı müzakirələrin aparıldığını bildirib və səsləndirilən təkliflərin diqqət mərkəzində saxlanılacağını vurğulayıb. Birinci vitse-spiker qeyd edib ki, Vətən müharibəsində ölkəmizdə siyasi baxışlarından asılı olmayaraq siyasi partiyaların mütləq əksəriyyətinin vahid mövqedən çıxış etməsi birliyimizin əyani göstəricisi oldu. Ə.Hüseynli gələcəkdə də bu tipli tədbirlərin keçirilməsinin önəmini diqqətə çatdırıb.

Tədbirə yekun vuran YAP Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bu cür görüşlərin bundan sonra da keçiriləcəyini, ümummilli maraqlar ətrafında bütövlükdə cəmiyyətin, o cümlədən siyasi partiyaların gələcəkdə də həmrəylik nümayiş etdirəcəyinə əminliyini ifadə edib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qida Təhlükəsizliyi Agentliyi: Monitorinqlər zamanı 93 müəssisədə nöqsanlar aşkarlanıb

“Böyük Qayıdışın başlanğıcı” - Hərbi bilik yarışı

“Azərbaycan ədəbiyyatında Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” - elmi sessiya

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 fevral tarixli 1819 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin Nizamnaməsi”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2024-cü il 29 mart tarixli 1116-VIQD nömrəli Qanununun tətbiqi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

Beynəlxalq Muğam Mərkəzində Ulu Öndərin 101 iliyinə həsr edilmiş tədbir təşkil olunub

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

“Fövqəladə vəziyyət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 24 fevral tarixli 824-VIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu

“Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 4 mart tarixli 158-VQD nömrəli Qanununun tətbiqi və “Dövlət müəssisə və təşkilatları (idarələri) tərəfindən ərzaq məhsullarının mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabına satın alınması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 859 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 28 sentyabr tarixli 178 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Elektrik quraşdırıcısının iş yerində aldığı xəsarətlərdən ölməsi ilə bağlı cinayət işi başlanılıb

“Qarabağ”ın sabiq qapıçısı millidəki karyerasını bitirib

Şamaxıda Heydər Əliyev mərkəzlərinin Ulu Öndərin 101 illiyinə həsr edilən ümumrespublika toplantısı olub

Slovakiya Baş nazirinin Azərbaycana səfəri başa çatıb

Rektor BMU-nun beynəlxalq yarışda qalib gələn komandalarının üzvləri ilə görüşüb

® “Azercell” “Premium” tarifi və “Premium+” loyallıq proqramını istifadəyə verib

“Heydər Əliyevin müstəqillik strategiyası və suveren Azərbaycanın inkişaf perspektivləri” - dəyirmi masa

Baş nazir Əli Əsədov Ankarada Anıtqəbri ziyarət edib

Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olunub

Xidmət rəisi: Qadınların peşə hüquqlarının pozulması daha çox əmək müqavilələri ilə bağlıdır

Bakıda “Heydər Əliyev 101: Türkiyə yüz ili” adlı tədbir keçirilib

Azərbaycan Körfəz ölkələri arasında ən çox seçim edilən səyahət istiqamətidir

Azərbaycan Özbəkistanla xəstəxana idarəolunması modeli üzrə əməkdaşlıq edəcək

Suraxanıda narkotik vasitələrin satışını təşkil edən şəxslər saxlanılıblar VİDEO

Ankarada simpozium iştirakçıları Qərbi Azərbaycanda tarixi ədalətin bərpasına çağırıblar

Azərbaycanın bədii gimnastı Dünya Kubokunda mübarizə aparacaq

İngiltərə Premyer Liqasında daha bir klubun xalları silinib

Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb

Naxçıvanda vətəndaşlara pulsuz hüquqi yardım göstərilib

Xalq yazıçısı İsmayıl Şıxlının xatirəsi anılıb

Olimpiya məşəli Fransa ərazisinə daxil olub

Slovakiyanın Baş naziri Şəhidlər xiyabanını ziyarət edib

Külli miqdarda mənimsəmə faktı ilə bağlı başlanmış cinayət işi məhkəməyə göndərilib

Çin investorları Azərbaycandakı əlverişli sərmayə mühitindən yararlanırlar

“Araz-Naxçıvan” futzal klubu 15 ildən sonra Azərbaycan Kubokunun qalibi olub

Ukraynadan idxal olunan ət məhsullarında uyğunsuzluq aşkarlanıb

Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş konsert - “Andante və Scherso”

“EFES - 2024” təliminə cəlb edilən növbəti heyətimiz Türkiyəyə yola düşüb VİDEO

Azərbaycanlı güləşçinin oğlu ABŞ-da ötən ilin ən yaxşısı seçilib

Ukrayna Təhlükəsizlik Xidməti Zelenskinin qətlini hazırlayan agent şəbəkəsinin ifşası barədə məlumat yayıb

Siyasi şərhçi: Ermənistanın inkişafı Azərbaycan və Türkiyə ilə münasibətlərini yaxşılaşdırmasından asılıdır

Faktiki hava: Xınalıqda sulu qar, Şahdağda isə qar yağır

Bolqarıstan Prezidenti Rumen Radev Azərbaycana rəsmi səfərə gəlib

Ulu Öndər vaxtilə DSX-ni yaradaraq ölkəmizin sərhədlərinin mühafizəsi strategiyasını dəqiqliklə müəyyənləşdirib

Sumqayıtdakı təhsil müəssisəsində 250 min manatlıq pulun mənimsənilməsi ilə bağlı cinayət işi başlanılıb

Mədəniyyət və incəsənət xadimlərinə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib

Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir

Ölkəmiz Ankarada beynəlxalq mədəniyyət festivalında təmsil olunub

Bitkilərdə termogenez prosesinə dair tədqiqatlar aparılır

Universitet tələbələri “Dəmir Yumruq Pro 6” açıq turnirinin qalibi olublar

Azərbaycan parakarateçiləri Avropa çempionatında iştirak edəcəklər

Azərbaycan Prezidentinin adından Slovakiya Baş nazirinin şərəfinə rəsmi nahar verilib VİDEO

AzMİU əməkdaşları bu dəfə Sumqayıt məktəbliləri ilə görüşüblər

Rusiya hökuməti istefaya göndərilib

Naxçıvan şəhərində “Sağlam həyat” layihəsi həyata keçirilib

Bakıda iaşə obyektində iki nəfərin ölməsi, iki nəfərin xəstəxanaya yerləşdirilməsi ilə bağlı araşdırma aparılır

15 ölkənin elm adamları beynəlxalq elmi-praktik konfransda bir araya gəliblər

Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək

Misirdə keçirilən Beynəlxalq Kollegial Proqramlaşdırma müsabiqəsinin finalında Azərbaycanı ADA Universiteti təmsil edib

Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü aşkarlanıb

Paşinyan: Ermənistanın Azərbaycan və Türkiyə ilə düşmənçiliyinə son qoyulmalıdır

Baş nazir Əli Əsədov Kahramanmaraşda “Azərbaycan məhəlləsi”ndə aparılan tikinti işlərinin gedişi ilə tanış olub

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB-3 VİDEO

Birinci Qarabağ müharibəsi şəhidi Elşad Qayımov Xaçmazda dəfn olunub VİDEO

Azərbaycan millisinin baş məşqçisi: Bütün karateçilərimiz Avropa çempionatında qızıl medal qazana bilərlər

2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub

BƏƏ-nin İqlim Dəyişikliyi Şurası COP29 üçün iqlim ambisiyalarını artırmaq niyyətindədir

BDU tələbələri informasiya təhlükəsizliyi haqqında məlumatlandırılıblar

Paşinyan AİB sammitində iştirak etmək üçün Moskvaya gedəcək

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir VİDEO

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq VİDEO

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir VİDEO

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb VİDEO

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir VİDEO

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib VİDEO

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub VİDEO

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb