CƏMİYYƏT
YAP Nəsimi rayon təşkilatının yeni ərazi partiya təşkilatı təsis edilib
Bakı, 6 iyul, AZƏRTAC
Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının yaradılmasının 29-cu ildönümü münasibəti ilə “Rəşid Behbudov 75” ünvanı üzrə yeni ərazi partiya təşkilatı təsis edilib.
AZƏRTAC xəbər verir ki, təsis iclasında çıxış edən YAP Nəsimi rayon təşkilatının sədri Azər Süleymanov, Bakı Xoreoqrafiya Akademiyasında tədris şöbəsinin müdiri Yeganə Tapdıqova və digərləri partiyanın ovaxtkı mövcud vəziyyətdə Azərbaycan xalqının mənafelərinə xidmət etmək məqsədilə zərurətdən yarandığını bildiriblər.
Çıxışlarda yarandığı gündən ümumxalq partiyası kimi nüfuz qazanan, ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan Yeni Azərbaycan Partiyasının yeni-yeni hədəflərin reallığa çevrilməsi istiqamətində atdığı addımlardan bəhs olunub.
Sonra təşkilati məsələlərə baxılıb. Lalə Hüseynli “Rəşid Behbudov 75” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Xalq artisti Yusif Qasımov isə sədr müavini seçiliblər.
Sonda partiyanın yeni üzvlərinə vəsiqələr təqdim olunub.