CƏMİYYƏT


“YAŞAT” düşərgəsinin iştirakçıları “Sehrli xalat” vasitəsilə keçmişə “səyahət” etdilər

Bakı, 11 avqust, AZƏRTAC

“YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhidlərimizin övladları üçün həyata keçirilən ikinci “YAŞAT” düşərgəsinin beşinci həftəsi davam edir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, düşərgənin üçüncü gününə səhər idmanı ilə start verilib. Sonra psixoloqlarla görüş keçirilib.

Uşaqlar üçün təşkil olunan film saatında maraqlı anlar yaşanıb. Belə ki, onlarla görüşə Əməkdar mədəniyyət işçisi, “Sehrli xalat” filmində Eldar rolunun ifaçısı Yusif Şeyxov və Azərbaycan Dövlət Film Fondunun Kino arxiv şöbəsinin müdiri Rəşad Qasımov gəliblər. İştirakçıların çoxsaylı suallarını cavablandıran qonaqlar uşaqlara müxtəlif filmlərdən ibarət hədiyyələr təqdim ediblər.

Sonra uşaqlar qonaqlarla birgə “Sehrli xalat” filmini izləyiblər.

Günün sonunda əyləncəli musiqi saatı təşkil olunub.

Düşərgənin media dəstəkçiləri Azərbaycan Televiziyası (AzTV), İctimai Televiziya (İTV) və ASAN Radio, baş sponsorları “Qalaaltı Hotel & Spa”, “PMD Hospitality”, sponsorlar “Paşa Bank”, “NAR Mobile”, “Rabitə Bank”, “Bravo” marketlər şəbəkəsidir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.