YOL QƏZALARI BİR MİLYONDAN ÇOX İNSANIN HƏYATINA SON QOYUR
Dünyada yol qəzalarında hər il 1,2 milyondan çox adam həlak olur. AZƏRTAC Dünya Səhiyyə Təşkilatlarına və Dünya Bankına istinadla xəbər verir ki, hər il daha 50 milyona yaxın insan yol qəzalarında ya xəsarət alır, ya da şikəst olur.
Aprelin 7-də keçirilən Ümumdünya sağlamlıq günü üçün hazırlanmış məruzənin müəllifləri xəbərdarlıq edırlər ki, əgər vəziyyət gələcəkdə də belə davam etsə, 2020-ci ilədək yol qəzalarında ölənlərin sayı insult və VİÇ (immun çatmazlığı virusu) xəstəliklərindən ölənlərin sayından çox olacaqdır. Məruzədə deyilir ki, ölümlə nəticələnən qəzaların sayı qarşıdakı 16 il ərzində 60 faiz artaraq, nəticə etibarilə, yalnız ürək xəstəliklərindən və depressiyadan geri qalacaqdır.