MƏDƏNİYYƏT


“YUĞ” Teatrı Türkiyəyə yola düşüb

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət “YUĞ” Teatrının kollektivi Türkiyəyə yola düşüb.

Teatrdan AZƏRTAC-a bildirilib ki, sənət ocağı Mədəniyyət Nazirliyinin dəstəyi ilə Adanada keçiriləcək V Şəhər Teatrları Görüşü Festivalında iştirak edəcək. Adana Böyükşəhər Bələdiyyəsi Şəhər Teatrları Müdirliyinin keçirdiyi festivalda “YUĞ” Teatrı ölkəmizi A.P.Çexovun əsəri əsasında hazırlanmış “Təklif. Elçilik” tamaşası ilə təmsil edəcək.

Səhnə əsərinin quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Əməkdar rəssam Rəşid Şerif, bəstəkarı Əməkdar artist Vüqar Camalzadədir. Səhnə əsərində Əməkdar artist Vidadi Həsənov, aktyorlar Zümrüd Qasımova və Elgün Həmidov çıxış edirlər.

Proqrama əsasən, “Təklif. Elçilik” tamaşası noyabrın 1-də Adana Böyükşəhər Bələdiyyəsinin tamaşa zalında nümayiş olunacaq.

Festival çərçivəsində, həmçinin noyabrın 2-3-də Türkiyənin Mersin və Tarsus şəhərlərində “Təklif. Elçilik” və “Metamorfoza” tamaşaları da təqdim olunacaq.

Qeyd edək ki, S.Haqverdiyevanın əsərləri əsasında hazırlanmış “Metamorfoza” tamaşasının quruluşçu rejissoru Günay Səttar, quruluşçu rəssamı Umay Həsənova, musiqi tərtibatçısı Amid Qasımovdur. Tamaşada rolları aktyorlar Zümrüd Qasımova, Oqtay Mehdiyev və Elgün Həmidov ifa edəcəklər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.