MƏDƏNİYYƏT


“YUĞ”da “Mən ağacam” tamaşasına ictimai baxış olacaq

Bakı, 21 may, AZƏRTAC

Yaxın günlərdə “YUĞ” Dövlət Teatrında “Mən ağacam” adlı yeni tamaşaya ictimai baxış olacaq. Teatrdan AZƏRTAC-a bildirilib ki, dünya şöhrətli yazıçı Orxan Pamukun “Mənim adım qırmızı” romanının motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əbdülqəni Əliyev, quruluşçu rəssamı Umay Həsənovadır.

Tamaşada Xalq artisti Məmmədsəfa Qasımov, aktyorlar Təranə Ocaqverdiyeva, Elgün Həmidov və Ləman Mərrih çıxış edir.

Radio aparıcıları Orxan Pamukun “Mənim adım qırmızı” romanını təhlil edirlər. Kişi ittihamçı, Qadın müdafiəçi mövqeyindən çıxış edir. Romanın təhlili zamanı Kişi və Qadın öz aralarındakı münasibətdən tutmuş, siyasi, sosial, psixoloji, sakral məsələlərə toxunur, romandakı gizli mənaları açmağa çalışırlar.

Tamaşanın xronometrajı 1 saat 10 dəqiqədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.