SİYASƏT


YUNESKO-DA İNFORMASİYA İLƏ BAĞLI SAMMİT KEÇİRİLMİŞDİR

Parisdə YUNESKO-nun iqamətgahında “İnfomasiya cəmiyyəti” adlı sammit keçirilmişdir. Sammitdə dünyanın 127 dövlətindən 142 nümayəndə iştirak etmişdir. Ölkəmizi bu tədbirdə Texniki Universitetin rektoru professor Havar Məmmədov təmsil etmişdir.

Professor H. Məmmədov sammitin işi barəsində AZƏRTAC-ın müxbirinə müsahibə vermişdir: - XX əsrin son on illiyində informasiya və kommunikasiya texnologiyaları cəmiyyətin inkişafına təsir göstərən əsas amillərdən birinə çevrilmişdir. Onların təsir dairəsi dövlət strukturlarını və vətəndaş cəmiyyəti institutlarını, iqtisadi və sosial sahələri, elm və təhsili, mədəniyyəti və bütövlükdə insanların həyat tərzini əhatə etmişdir. Bir sıra inkişaf etmiş ölkələr informasiya və kommunikasiya texnologiyalarının tətbiqindən hazırda faydalanırlar.

Qurumun yığıncağında çıxış etmiş Avropa Birliyinin , işgüzar dairələrin, ticarət və elektron palatalarının, özəl bölmələrin nümayəndələri bu məsələlərdən danışdılar. Çıxışlarda milli maraqları nəzərə alan, ədalətli qlobal informasiya cəmiyyətinin yaradılması ilə bağlı məsələlərə də toxunuldu.

Daha sonra yığıncaqda bu ilin dekabr ayının sonlarında Cenevrədə keçiriləcək Ümumdünya Sammitində müzakirə olunacaq sənədlərin layihəsi müzakirə olundu, həmin sənədlər əsasında sessiyalararası mexanizm çərçivəsində yenidən işlənmiş fəaliyyət planının və informasiya

cəmiyyətinin prinsiplərini özündə əks etdirən qətnamənin layihələri ətrafında geniş fikir mübadilələri aparıldı, sessiyalararası görülmüş işlər barədə telekommunikasiya üzrə beynəlxalq direktorun hesabatı dinlənildi və sessiyanın yeni sədri seçildi.

Yeri gəlmişkən qeyd edim ki, ölkəmizdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı ilə əlaqədar 2003-cü ilin fevral ayının 17-də Azərbaycan Prezidenti Heydər Əliyev “Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə milli strategiyanın (2003-2012-ci illər) təsdiq edilməsi haqqında” xüsusi Sərəncam imzalamışdır. Bu Sərəncamdan irəli gələn məsələlərin həlli ilə bağlı bu ilin iyun ayının 5-də Nazirlər Kabineti müvafiq qərar çıxarmışdır. Hazırda bu sahədə işlər görülür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.