Yağıntılı hava şəraiti ilə əlaqədar çaylarda sululuq artıb
AzerTAg.az

Bakı, 2 aprel, AZƏRTAC
Son iki gündə yağan yağışlar nəticəsində Lənkəran-Astara bölgəsi ərazisindən axan Lənkərançayın Sifidor, Viləşçayın Şıxlar, Təngərüdçayın Vaqo məntəqələrində suyun səviyyəsi 11-16, Böyük Qafqazın ərazisindən axan Əyriçayın Ağyazı və Vəlvələçayın Təngəaltı məntəqələrində 2-6, Qarasuçayın Zərdab məntəqəsində 36 santimetr artım müşahidə olunub.
Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.
Məlumatda bildirilib ki, Kiçik Qafqazın ərazisindən axan Zəyəmçayın Ağbaşlar, Kürəkçayın Toğana, Əsrikçayın Əsrikcırdaxan məntəqələrində suyun səviyyəsində 1-6, Qanıx çayının Cəlayir məntəqəsində 6, Kür çayının aşağı axınında Zərdabda 10, Surrada 37, Şirvanda isə 4 santimetr artım qeydə alınıb.
Xəbərin mətnində orfoqrafik səhv var