İQTİSADİYYAT
Yanvarda qlobal neft tədarükü kəskin artıb
Bakı, 11 fevral, AZƏRTAC
Yanvar ayında qlobal neft təklifi ötən ilin dekabr ayı ilə müqayisədə orta hesabla 580 min barrel artaraq gündəlik 93 milyon 600 min barrel təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) neft bazarına dair aylıq hesabatında deyilir.
Hesabata görə, ötən ay neft tədarükü 2020-ci ilin aprel ayından bəri ən yüksək səviyyəyə çatıb. Lakin 2019-cu ilin eyni ayına nisbətən neft tədarükündə 7,1 milyon barrel azalma var. Bununla yanaşı, Səudiyyə Ərəbistanının neft hasilatını könüllü azaltması nəticəsində fevral ayında qlobal tədarükün azalacağı gözlənilir.
Yanvarda Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələrin neft istehsalı isə 320 min barrel çoxalaraq sutkada 62 milyon 940 min barrel olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]