CƏMİYYƏT
Yanvarın sonuncu gününə gözlənilən hava proqnozu açıqlanıb
Bakı, 30 yanvar, AZƏRTAC
Ölkə ərazisində yanvarın 31-nə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman, çiskin olacaq. Mülayim cənub küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6°, gündüz 8-11° isti, Bakıda gecə 4-6°, gündüz 9-11° isti olacaq. Atmosfer təzyiqi 763 millimetr civə sütunu, nisbi rütubət 70-80 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə havanın çiskinli olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 1-6° şaxta, gündüz 5-10° isti olacağı ehtimalı var.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcərdə, həmçinin Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Ayrı-ayrı yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° şaxta, gündüz 2-7° isti olacağı gözlənilir.
Gəncə şəhərində, Qazax, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Səhər bəzi yerlərdə duman müşahidə ediləcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 8-13° isti olacağı proqnozlaşdırılır.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti, dağlarda gecə 7-12° şaxta, gündüz 0-5° isti olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Hacıqabul, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecə və səhər bəzi yerlərdə duman müşahidə ediləcəyi, şərq rayonlarında havanın çiskinli olacağı gözlənilir. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 7-12° isti olacağı ehtimal edilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə yağış yağacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Səhər dağlarda duman olacaq. Havanın temperaturunun gecə 3-6°, gündüz 8-11° isti, dağlarda gecə 2° şaxtadan 2°-dək isti, gündüz 5-8° isti olacağı bildirilir.
Respublikanın bölgələrində şərq küləyi əsəcək.