DÜNYA


Yaponiya İpək Yolunun rəqəmsal arxivinin yaradılması üçün Özbəkistana 500 milyon dollara yaxın vəsait ayırır

Daşkənd, 27 yanvar, АZƏRTAC

Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin Özbəkistandakı nümayəndəliyi direktorunun müavini Yoşimasım Takemur Özbəkistan Turizm və İdman Nazirliyi nəzdindəki Mədəni İrs Agentliyinin (MİA) direktoru ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə ölkələr arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Yoşimasım Takemur bildirib ki, Yaponiya Özbəkistanda “Rəqəmsal arxiv vasitəsilə İpək Yolunda mədəni irsin qorunması” layihəsi üçün 490 milyon dollar vəsait ayırır.

Görüşdə ölkələr arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibəti ilə müxtəlif tədbirlər həyata keçirmək üçün layihə sənədlərinin imzalanması qərara alınıb.

Qeyd edilib ki, ötən il iyun ayında Özbəkistanın Dövlət Tarix Muzeyində, Termez Arxeologiya Muzeyində və Termez yaxınlığındakı arxeologiya obyektlərində tədqiqatlar aparılıb. Keçən ilin oktyabrında MİA-da tədqiqatların nəticəsi olan “Rəqəmsal arxiv vasitəsi ilə İpək Yolunda mədəni irsin qorunması” layihəsi müzakirə edilib.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Daşkənd

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.