DÜNYA


Yaponiya Tokio-2020 Olimpiya Oyunlarında KXDR idmançılarının iştirakına icazə verə bilər

Tokio, 14 mart, AZƏRTAC 

Yaponiya hökuməti Tokio-2020 Olimpiya Oyunlarında Koreya Xalq Demokratik Respublikası (KXDR) idmançılarının iştirakına icazə verə bilər.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu fikri 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilinə cavabdeh olan nazir Yoşitaka Sakurada söyləyib. Nazirin sözlərini sitat gətirən agentlik yazır: “Olimpiya və Paralimpiya Oyunları bütün dünyada sülhü tərənnüm edən ən böyük hadisədir və burada daha çox iştirakçının olması arzu ediləndir. Bu məsələyə hərtərəfli yanaşmaq lazımdır”.

Y.Sakurada bildirib ki, Yaponiyanın əlaqədar nazirliyi və idarələri bu məsələ ilə məşğul olacaqlar.

Yaponiya KXDR-in həyata keçirdiyi çoxsaylı nüvə və raket sınaqlarına görə birtərəfli sanksiyalar çərçivəsində həmin ölkənin vətəndaşlarının bu Gündoğar ölkəyə səfərlərinə qadağa qoyub. Şimali Koreyadan olan idmançılar Yaponiya ərazisində keçirilən idman yarışlarına təsadüfi hallarda və yalnız yerli hakimiyyət orqanlarının xüsusi icazəsindən sonra qatıla bilərlər.

Tokioda Olimpiya Oyunları 2020-ci il iyulun 24-dən avqustun 9-dək, Paralimpiya Oyunları isə avqustun 25-dən sentyabrın 6-dək keçiriləcək.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.