SİYASƏT


Yaponiya saytı diaspor təşkilatının Dünya Azərbaycanlılarının Həmrəylik Günü ilə bağlı təbrikini yayıb

Tokio, 31 dekabr, AZƏRTAC

Yaponiyada fəaliyyət göstərən “ajmedia.jp” saytı Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntərin Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrikini yayıb.

AZƏRTAC xəbər verir ki, yapon, ingilis və Azərbaycan dilində yayımlanan mətndə diaspor təşkilatının rəhbəri bütün dünyada yaşayan azərbaycanlıları bu bayramlar münasibətilə təbrik edib.

Təbrikin mətnində deyilir:

“Əziz Böyük Azərbaycan Xalqı!

Sizi Azərbaycan-Yaponiya Dostluq Mərkəzi və şəxsən öz adımdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə ürəkdən təbrik edirəm.

Böyük məmnuniyyətlə vurğulamaq istəyirəm ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və onun müdrik siyasəti nəticəsində sevimli vətənimiz Cənubi Qafqazda lider ölkə imici qazanıb. Azərbaycan regionda sabitliyin və sülhün etibarlı sütununa çevrilərək, beynəlxalq aləmdə nüfuzunu daha da artırıb.

Dövlətimizin başçısı bizim ən böyük arzumuzu həyata keçirməklə bütün dünya azərbaycanlılarının lideri olduğunu təsdiqləyib. Prezident İlham Əliyev Azərbaycanı regionun lider dövlətinə çevirməklə yanaşı, işğal altında olan torpaqlarımızı da ötən il baş verən 44 günlük Vətən müharibəsi nəticəsində düşmən tapdağından azad edib. Xalqımızın tarixində yeni səhifə açan müharibədə qalib gəlməklə yanaşı, cənab Prezident regionda hərtərəfli əməkdaşlıq və davamlı inkişaf üçün yeni əlaqələrin əsasını qoyub. Bu əlaqələr təkcə qonşu ölkələrə deyil, bütün Avrasiya məkanına fayda verəcək yeni layihələrin başlanmasına səbəb olub.

Böyük Azərbaycan xalqına Yeni ildə firavanlıq, sevimli Vətənimizin adının daha da yüksəlməsi naminə fəaliyyətinizdə hər birinizə uğurlar arzulayıram”.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.