DÜNYA
Yaponiya və ABŞ hərbçiləri arasında kiberhücumların qarşısının alınması yarışı keçirilib
Tokio, 23 avqust, AZƏRTAC
Yaponiya özünümüdafiə qüvvələrinin əməkdaşları və ABŞ silahlı qüvvələrinin hərbi qulluqçuları kiberhücumlara qarşı ən yaxşı vərdişlərə malik olanların yarışında iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, Yaponiya özünümüdafiə quru qoşunlarının və ABŞ silahlı qüvvələri kiberməktəbinin mütəxəssislərindən ibarət 12 komanda onlayn yarışda qarşılaşıblar.
İştirakçılar şəbəkənin daha tez təhlili və kodların şifrəsinin daha sürətlə açılması üçün yarışıblar.
Bildirilir ki, bu yarışlar Yaponiya özünümüdafiə qüvvələrinin ABŞ silahlı qüvvələrindən xahişi əsasında təşkil edilib. Yaponiya özünümüdafiə qüvvələrinin rəsmi nümayəndələri kibermüdafiə məsələlərində daha təcrübəli olan ABŞ silahlı qüvvələri ilə əməkdaşlığın davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.05.2024 [16:47]
Güclü yağışlar Gürcüstanda ciddi problemlər yaradıb
- 07.05.2024 [16:29]
Olimpiya məşəli Fransa ərazisinə daxil olub
- 07.05.2024 [15:49]
Vyetnam fransız müstəmləkəçiliyinə son qoyan döyüşün 70 illiyini qeyd edir
- 07.05.2024 [15:19]
Rusiya hökuməti istefaya göndərilib
- 07.05.2024 [15:11]
Vladimir Putin Çindən sonra Türkiyəyə səfər edəcək
- 07.05.2024 [14:56]
2024-cü ildə dünyanın ən varlı və yoxsul ölkələrinin siyahısı dərc olunub
- 07.05.2024 [14:50]