Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Yaponiya və Azərbaycanı birləşdirən tarixi məqamlar: Əfsanəvi kəşfiyyatçı Rixard Zorge (III hissə)

Tokio, 10 noyabr, AZƏRTAC

Tokioda əfsanəvi kəşfiyyatçı Rixard Zorgenin adı ilə bağlı olan digər yer Naqata-çyo rayonudur.

Bu gün həmin rayonda yerləşən Yaponiya parlament kitabxanasının yerində həmin vaxtlar Almaniya səfirliyinin olduğunu hazırda çox az adam xatırlayır.

2015-ci ilin aprelində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə mən də həmin kitabxanada olmuşdum. Yaponiya parlament kitabxanası dünyanın ən böyük kitabxanalarından biri hesab edilir və əsasən yapon deputatların qanunvericilik və tədqiqat fəaliyyətinə yardım göstərir. Həmin kitabxana, eyni zamanda, bu qanunvericilərin fəaliyyəti ilə maraqlanan vətəndaşlara da xidmət göstərir. R.Zorgenin Tokiodakı fəaliyyətini araşdırarkən bir vaxtlar Almaniya səfirliyinin məhz bu kitabxananın tikildiyi ərazidə yerləşməsi barədə əldə etdiyim məlumat məni çox təəccübləndirmişdi. Yenə özüm də bilmədən bu əfsanəvi kəşfiyyatçının lazım olan məlumatları əldə etməsi üçün həyatını təhlükəyə ataraq çalışdığı məkanlardan birində olmuşdum. Sanki həyat özü məni məşhur kəşfiyyatçının izi ilə aparırdı.

Müharibə ərəfəsində Sovet İttifaqının rəhbərliyini düşündürən əsas suallardan biri məhz militarist Yaponiyanın hansı istiqamətdə hərəkət edəcəyi məsələsini dəqiqləşdirmək idi. Həmin suala cavab axtaran R.Zorge Yaponiyanın siyasi dairələri ilə sıx əlaqə qurmağa çalışırdı. Bu əlaqələr vasitəsilə əldə etdiyi informasiyalar onu Almaniya səfirliyi ilə də yaxınlaşdırırdı. Alman səfirliyi üçün etibarlı mənbəyə çevrilən R.Zorge bunun əvəzində səfirlikdən yeni informasiya mənbəyi kimi istifadə edirdi. Bu əlaqələr nəticəsində əfsanəvi kəşfiyyatçı həm almanlardakı, həm də yaponlardakı məxfi məlumatları əldə etmək imkanı qazanmışdı.

Türmədə olarkən yazdığı gündəliyində R.Zorge əsas məlumat mənbələri sırasında Almaniya səfirliyinin adını xüsusi qeyd edir. Onun buraya yol tapmasında isə hələ Almaniyadan tanıdığı Helma Bodeviq adlı xanım mühüm rol oynamışdı. Almaniyaya gəlməzdən əvvəl bu qadın R.Zorgenin yaxın dostunun həyat yoldaşı idi. Lakin sonradan ondan ayrılaraq həmin vaxt Almaniyanın Yaponiyada hərbi attaşesi olmuş Oyqen Ott ilə evlənmiş və Tokioya köçmüşdü.

Yaponiya barədə çox da geniş məlumatlara malik olmayan O.Ott həyat yoldaşının köməyi ilə tanış olduğu R.Zorgenin vasitəsilə yapon siyasi dairələrindən informasiyalar əldə edirdi. Həmin informasiyalar Almaniyaya göndərilən teleqramların əsasında dururdu. R.Zorgenin nasist partiyasının biletinə sahib olması səfirliyin ona olan etimadını daha da möhkəmləndirirdi. 1938-ci ildə O.Ottun səfir təyin edilməsindən sonra onun R.Zorge üçün əhəmiyyəti daha da artmış oldu.

Hər gün səhər yuxudan duran R.Zorge səfirlə birgə səhər yeməyi üçün alman səfirliyinə yollanır və burada Berlindən daxil olan son məlumatların müzakirəsinə qatılırdı. Bəzi hallarda yaranan şəraitdən istifadə edərək məxfi sənədlərin fotolarını da çəkirdi. Helma ilə aralarında yaşanan sevgi macərası isə onun məxfi informasiyalara çıxışına daha əlverişli imkan yaradırdı.

Həmin vaxt Almaniya ilə Yaponiya müttəfiqlərə çevrilsələr də, Tokio ABŞ ilə apardığı danışıqları Berlindən gizlədirdi. Bu məqam səfirin Yaponiya siyasətinin tam mərkəzində əlaqələrə malik olan R.Zorgeyə ehtiyacını daha da artırmışdı. Həmin vaxt R.Zorge Yaponiya hökumətinin fəaliyyəti barədə mühüm məlumatları “Asahi Shimbun” qəzetinin keçmiş müxbiri, həmin vaxt Baş Nazir Konoe Fumimaronun müşaviri olan Hotsumi Ozakidən alırdı. H.Ozaki R.Zorgenin casus şəbəkəsinin yapon kəşfiyyat qrupuna rəhbərlik edirdi. R.Zorgenin belə etibarlı mənbəyə malik olması onun alman səfiri ilə münasibətlərində də mühüm rol oynayırdı. Nəticədə o, səfirlikdən Berlinə göndərilən rəsmi teleqramların əvəzedilməz mənbəyinə çevrilmişdi. Bu teleqramların hətta bir hissəsinin R.Zorge tərəfindən şəxsən tərtib edildiyi barədə məlumatlar da var.

Həmin illərdə R.Zorgenin Sovet İttifaqı üçün fəaliyyətinin əsas istiqaməti yalnız bir sualın cavabının tapılmasına yönəlmişdi - nasist Almaniyasının müttəfiqi olan Yaponiya SSRİ-yə hücum edəcəkmi?

1939-cu ilin avqustunda Stalin Hitler ilə hücum etmək haqqında, 1941-ci ilin aprelində isə Yaponiya ilə bitərəf qalmaq barədə müqavilə imzaladı. Lakin bu müqavilələrə baxmayaraq, hər bir iştirakçı ölkə onların müvəqqəti xarakter daşıdığını başa düşürdü. R.Zorge alman səfirliyində ona olan sarsılmaz inamdan istifadə edərək Almaniyanın Sovet İttifaqına hücumunun tarixinin dəqiq göstərildiyi teleqram göndərmişdi: “Almaniya qoşunları Sovet İttifaqına 1941-ci il iyunun 22-də hücum edəcək”. R.Zorgenin göndərdiyi həmin məlumatı yalan hesab edən İ.Stalin bu informasiyanı qulaqardına vurdu. Nəticədə alman qoşunlarının gözlənilməz hücumu sovet ordusunun ilkin mərhələdə darmadağın edilməsi ilə başa çatdı. Müharibənin başlaması barədə belə dəqiq məlumata baxmayaraq İ.Stalin R.Zorgeni nasistlərin xeyrinə ikili casusluqda ittiham edirdi.

Almaniya isə Yaponiya və İtaliyanın iştirakı ilə bir il əvvəl imzalanmış üçtərəfli müqaviləni əsas gətirərək Tokionun Moskvaya qarşı müharibəyə başlamasında təkid edirdi. Yaponiyanın yuxarı dairələrində Qərbə yox, Cənuba doğru irəliləmək barədə qərarın qəbul olunduğunu təsdiq edən məlumatlar alan R.Zorge Moskvaya Yaponiyanın SSRİ ilə müharibəyə başlamayacağı barədə teleqram göndərir. Məhz bu məlumat Sovet İttifaqının qoşunları şərq cəbhəsindən alman cəbhəsinə göndərməsinə əsas yaradır və həmin teleqram qələbənin əldə edilməsinə əvəzedilməz töhfələr verir. Yaponiyanın Sovet İttifaqı ilə müharibəyə girməyəcəyini dəqiqləşdirən R.Zorge bununla öz missiyasının başa çatdığı barədə qərara gələrək Yaponiyanı necə tərk etmək üzərində düşünməyə başlayır. Yəqin ki, böyük casusluq təcrübəsi onun fəaliyyətinin yapon xüsusi xidmət orqanları tərəfindən izlənilməsi qənaətinə gəlməsinə səbəb olmuşdu.

Hətta Almaniya səfiri ilə dostluq belə R.Zorgenin Tokiodan SSRİ istiqamətində göndərilən siqnalları izləyən gizli polis tərəfindən həbsinin qarşısını ala bilmədi. Həmin dövrə qədər R.Zorgenin casus qrupu ilə bağlı təhqiqat artıq bir il idi ki, davam edirdi. Lakin R.Zorgenin informatorları arasında Yaponiya hökumətinin müşaviri H.Ozakinin olması istintaq qrupunun əllərini bağlamışdı. F.Konoe hökumətinin məhz həmin vaxt istefa verməsi polisin ilkin olaraq qrupun yapon üzvlərini həbs etməsinə şərait yaradır. 1941-ci il oktyabrın 18-də quru qoşunlarının keçmiş naziri Hideki Tozyo Baş Nazir təyin edilir. Məhz həmin gün yapon polisi R.Zorgenin qrupunun yapon üzvlərini həbs edir. Onlardan müəyyən məlumatlar aldıqdan sonra müttəfiq ölkələrin qrupa daxil olan vətəndaşları da həbs olunur.

Yaxın dostunun və silahdaşının həbs olunması barədə xəbəri alan səfir Ott yenicə işə başlayan Baş Nazir Hideki Tozyoya etirazını bildirir. Nasist partiyasının Tokio bölməsi də bununla bağlı etiraz edərək R.Zorgenin azad olunmasını tələb edir. Alman səfirin qənaətinə görə, yapon tərəfi R.Zorgeni tənqidi məqalələrinə görə casus hesab edirdi. Öz mövqeyində qalan səfir həbsdən bir həftə sonra R.Zorge ilə görüşə icazə verilməsinə nail olur. Əvvəlcə səfirlə görüşdən imtina edən R.Zorge müstəntiqin yaponların belə görüşlərdən yaxınları ilə vidalaşmaq üçün istifadə etdiklərini deməsindən sonra görüşə razılıq verir. R.Zorgeyə vəkil tutmağı təklif edən O.Ott onun daha nəyə ehtiyacı olduğunu soruşur. R.Zorge isə bunun cavabında “Heç nə lazım deyil, sadəcə, arvadına və ailə üzvlərinə salam de” cavabını verir. R.Zorgenin həbsini açıq havada şimşək çaxması kimi qəbul edən səfir bu cavabdan sonra dostunun təqsirli olduğunu başa düşür.

1944-cü ilin noyabrınadək bir nəfərlik kamerada saxlanılan R.Zorge ömrünün son illərini Suqamo həbsxanasında keçirib.

Müttəfiq qoşunları Tokionu bombalamağa başlayarkən ilk zərbələrdən biri Almaniya səfirliyinin yerləşdiyi əraziyə endirilmiş, səfirliyin binası tamamilə dağıdılmışdı.

Müharibədən sonra aparılan yenidənqurma işləri isə Tokionun görkəmini tanınmayacaq dərəcədə dəyişib. Almaniya səfirliyinin yerində inşa edilən parlament kitabxanası 1961-ci ildə istifadəyə verilib. Naqata-çyo rayonunda baş vermiş casus qalmaqalları isə insanların yaddaşından artıq silinməyə başlayıb.

Hazırda Yaponiya parlamentinin kitabxanası metronun Naqata-çyo stansiyasının 2 nömrəli çıxışından 5, Kokkayqizido-mae stansiyasından isə 12 dəqiqəlik məsafədə yerləşir. Burada vaxtilə fəaliyyət göstərmiş Almaniya səfirliyinin heç bir izi qalmayıb. Lakin səfirliyin Yaponiya parlamentinə və İmperator sarayına yaxınlıqda yerləşməsi Tokionun Berlinlə münasibətlərə necə önəm verdiyini bir daha təsdiq edir. Müharibədən sonra həmin ərazi müttəfiqlər tərəfindən müsadirə edildiyinə görə, hazırda Almaniya səfirliyi Minato rayonunda yerləşir.

(ardı var)

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Baki Kirxasında Uitni Hyustonun məşhur sevgi etirafı səsləndirilib

Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir

Bakı pravoslavları da Pasxa bayramını qeyd edirlər

Sadiq Xan üçüncü dəfə London meri seçilib

Azərbaycanın şimal bölgəsindəki pravoslavlar Pasxa bayramını qeyd edirlər

Abşeron Milli Parkında ekoloji aksiya

“Təhsildə yeni çağırışlar” - növbəti regional konfrans Xaçmazda təşkil olunub

Azərbaycan cüdoçuları Göygöl Avropa Kubokunun ilk günündə 10 medal qazanıblar

Azərbaycanla Qambiya diplomatik pasport sahibləri üçün viza tələbini aradan qaldırıb

“Qarabağ” aparıcı oyunçusu ilə müqavilənin müddətini uzadıb

IOFS-in baş direktoru Azərbaycanın beynəlxalq yardım fəaliyyəti barədə məlumatlandırılıb

İƏT Sammitində Ermənistan İslam irs nümunələrinin dağıdılmasına görə bir daha qınanılıb

“Real Madrid” 36-cı dəfə İspaniya çempionu olub

Azərbaycanla Banqladeş arasında səhiyyə sahəsində əməkdaşlıq imkanları müzakirə olunub

Qurban Qurbanov: Məğlubiyyətə baxmayaraq, "Neftçi" böyük klubdur

Azərbaycanın xarici işlər naziri pakistanlı həmkarı ilə Qambiyada görüşüb

Bədii gimnastika üzrə Avropa Kuboku: Azərbaycanın gənclərdən ibarət komandası beşinci olub

Şəki sakini iki həmkəndlisini odlu silahla qətlə yetirib

Nazir: Zəngəzur dəhlizi Cənubi Qafqazdakı bütün ölkələrin bəhrələnməsinə imkan yaradacaq

“Neftçi”nin baş məşqçisi azarkeşlərdən üzr istəyib

Azərbaycan-Somali əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub

Premyer Liqa: "Qarabağ" derbidə "Neftçi"ni böyük hesabla məğlub edib

Azərbaycanla Mərakeş arasında viza rejimi aradan qaldırılıb

Atıcılıq üzrə Dünya Kuboku: Qarışıq komanda növündə qaliblər bəlli olub

NATO siyasətçiləri Azərbaycanı təbrik ediblər

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib VİDEO

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO