DÜNYA


Yaponiyada son sutkada koronavirusa rekord sayda yoluxma qeydə alınıb

Tokio, 30 iyul, AZƏRTAC

Yaponiyada son sutka ərzində koronavirusa rekord sayda – 1264 yoluxma qeydə alınıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu, infeksiyanın aşkar olunmasından keçən dövrdə ən yüksək göstəricidir və ilk dəfə min rəqəmini ötüb.

Ümumiyyətlə bu ölkədə koronavirusa yoluxanların sayının 34 min 200 nəfərə çatdığı bildirilir. Bu virusun yaradığı xəstəlik nəticəsində isə 1019 nəfər həyatını itirib. Daha 81 nəfərin vəziyyətinin çox ağır olduğu bildirilir.

Eyni zamanda, qeyd edilir ki, səkkiz prefekturada rekord sayda koronavirusa yeni yoluxma halı qeydə alınıb.

Paytaxt Tokioda da koronavirusa yoluxanların sayının artmaqda davam etdiyi bildirilir. Belə ki, son sutka ərzində burada 366 yoluxma halı qeydə alınıb.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.