DÜNYA


Yaponiyanın “Hayabusa-2” kosmik zondu Ryuqu asteroidinə enib

Tokio, 11 iyul, AZƏRTAC

Yaponiyanın “Hayabusa-2” kosmik zondu süxur nümunələri götürmək üçün Ryuqu asteroidinin səthinə enib.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, eniş iyulun 11-də Yaponiya vaxtilə səhər saatlarında baş tutub. Bildirilir ki, zondun asteroidin səthinə enməsinə iyulun 10-da başlanıb. İlkin məlumatlara görə, zondun asteroidin üzərinə enməsi saat 10:20 dəqiqədə baş verib.

Xatırladaq ki, “Hayabusa-2” zondu Ryuqu asteroidinə ilk enişi cari ilin fevralında edib. Həmin vaxt Yaponiya Aerokosmik Məkanın Tədqiqi Agentliyi (JAXA) asteroidin səthindən nümunələrin götürülməsinin uğurla başa çatdığını bildirib.

Bu dəfə isə zond asteroidin səthinin dərinliyindən nümunələr götürəcək. Bunun üçün zond əvvəlcə metal mərmi vasitəsilə asteroidə atəş açaraq süni krater yaradıb.

Alimlərin qənaətinə görə, kosmik şüalanmanın təsirinə məruz qalmayan həmin nümunələr Günəş sisteminin formlaşması və həyatın yaranması prosesini aydınlaşdırmağa kömək edə bilər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.