DÜNYA


Yaponiyaya gələn əcnəbilərin sayı məhdudiyyətlərin yumşaldılmasından sonra təqribən iki dəfə artıb

Tokio, 19 may, AZƏRTAC

Yaponiyaya ötən ay gələn əcnəbilərin sayı məhdudiyyətlərin yumşaldılmasından sonra əvvəlki ayla müqayisədə təqribən iki dəfə artıb. Belə ki, Yaponiya hökuməti ölkəyə gələn əcnəbilər üçün limiti 7 min nəfərdən 10 minədək artırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə mayın 19-da Yaponiya Milli Turizm Agentliyi məlumat yayıb. Bildirilir ki, apreldə Yaponiyaya 139 min 500 əcnəbi gəlib. Bu 66 min 100 nəfərin gəldiyi mart ilə müqayisədə 2,1 dəfə çoxdur.

Həmçinin həmin göstəricinin ötən ilin apreli ilə müqayisədə 12 dəfə, martı ilə müqayisədə isə 5 dəfə artdığı qeyd edilir.

Bildirilir ki, buna hökumətin aprelin 10-dan başlayaraq ölkəyə gələn gündəlik əcnəbilərin sayını kəskin artırması səbəb olub.

Bununla yanaşı, həmin göstəricinin koronavirus pandemiyasının başlaması ərəfəsində, 2019-cu ilin apreli ilə müqayisədə 95 faiz az olduğu qeyd edilir.

Hazırda Yaponiya hökumətinin gündəlik gəliş limitini əvvəlcə 20 minədək artırması və iyundan başlayaraq əcnəbilərin görməli yerlərə səfərlərinə icazə verməsini planlaşdırdığı da bildirilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.