CƏMİYYƏT


Yasamal rayonunda qanunsuz fəaliyyət göstərən heyvan kəsimi məntəqələrində növbəti reydlər keçirilib

Bakı, 15 iyul, AZƏRTAC

“Heyvan kəsimi fəaliyyətinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 199 nömrəli Sərəncamının icrası ilə bağlı olaraq baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında satış məqsədi üçün heyvan kəsimi hallarının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) aidiyyəti dövlət orqanları ilə birlikdə ardıcıl monitorinqlər, yoxlama-nəzarət tədbirləri həyata keçirir.

Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, əhalinin sağlam qida məhsulları ilə təmin olunmasında heyvan kəsimi məntəqələrinin və bu istiqamətdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin üzərinə böyük məsuliyyət düşür. Bu məsuliyyətdən irəli gələn vəzifələrin yerinə yetirilməsi üçün heyvan kəsimi məntəqələrinin qida təhlükəsizliyi tələblərinə, gigiyenik norma və qaydalara uyğun fəaliyyət göstərməsi zəruri şərtlərdəndir.

Qeyd edək ki, aparılan müntəzəm yoxlama-nəzarət tədbirləri zamanı qanunsuz heyvan kəsimi fəaliyyəti ilə bağlı aşkar olunmuş faktlar üzrə məlumatlar agentlik tərəfindən müvafiq tədbirlərin görülməsi üçün yerli icra hakimiyyəti orqanlarına göndərilsə də, bir sıra heyvan kəsimi məntəqələri qanunsuz fəaliyyətini hələ də davam etdirməkdədir.

Belə ki, Bakının Yasamal rayonu üzrə keçirilən növbəti monitorinqlər zamanı sanitar-gigiyenik norma və qaydalara əməl olunmadan fəaliyyət göstərən 5 heyvan kəsimi və ət satışı məntəqəsinə dəfələrlə rəsmi xəbərdarlıq edilməsinə və inzibati tədbirlər görülməsinə baxmayaraq, onların qanunsuz fəaliyyəti davam etdirdikləri aşkar olunub.

Nöqsanlar aşkarlanan heyvan kəsimi məntəqələrinin ünvanları aşağıdakılardır: Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsində yerləşən, fiziki şəxs Əliyev Elnur Misir oğluna məxsus heyvan kəsimi məntəqəsi; Bakı şəhəri, Yasamal rayonu, Əsəd Əhmədov küçəsi ilə A keçidinin kəsişməsində yerləşən, fiziki şəxs Muradov Zakir Vəlixan oğluna məxsus heyvan kəsimi məntəqəsi; Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal qəsəbəsi, bina 7 ünvanında yerləşən, fiziki şəxs Əliyarov İsrayıl Kamran oğluna məxsus heyvan kəsimi məntəqəsi; Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov 59 ünvanında yerləşən, fiziki şəxs Həşimov Hacıbala Mikayıl oğluna məxsus heyvan kəsimi məntəqəsi; Bakı şəhəri, Yasamal rayonu, A.Abbasov 16 ünvanında yerləşən, fiziki şəxs Qafarov Rəfail Rafiq oğluna məxsus heyvan kəsimi məntəqəsi.

Agentlik bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyət göstərməməyə çağırır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.