İDMAN


“Yaz festivalı” turnirində şahmatçılarımızın çıxışı davam edir

Bakı, 13 aprel, AZƏRTAC

Macarıstanın paytaxtı Budapeştdə keçirilən şahmat üzrə "Yaz festivalı”nın dördüncü turunun oyunlarına yekun vurulub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Vüqar Əsədli dördüncü turda rusiyalı Artyom Timofeyev ilə heç-heçə edib. Aktivində 3 xal olan təmsilçimiz növbəti turda serbiyalı Robert Markus ilə qarşılaşacaq. Digər təmsilçilərimiz Nail Bəşirli Marcin Krzyzanovskiyə məğlub olub, Zaur Bayramov ukraynalı Taron Şagbazyan ilə heç-heçə edib.

Üç turdan sonra N.Bəşirlinin 2,5, Z.Bayramovun 2 xalı var.

Dördüncü turda N.Bəşirli monqolustanlı Davaadembere Nomin-Erdene, Z.Bayramov isə Hindistan təmsilçisi Kartik Triş ilə qarşılaşacaqlar.

Turnirdə 36 ölkədən 150-yə yaxın şahmatçı iştirak edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.