MƏDƏNİYYƏT


Yazıçımız Rusiyada təltif olunacaq

Bakı, 21 may, AZƏRTAC

İyunun 2-də Moskvada - Hökumət evinin Böyük Konfrans zalında Rusiya Yazıçılar Birliyi Rəyasət Heyətinin qərarı ilə bir neçə yazar "Puşkin medalı" ilə təltif ediləcək.

AZƏRTAC xəbər verir ki, onlardan biri də Azərbaycan yazıçısı Varis Yolçuyevdir.

Mükafatlandırma böyük rus şairi Aleksandr Puşkinin anadan olmasının 220-ci ildönümü münasibətilə düzənlənən təntənəli mərasimdə baş tutacaq. Ötən il əhəmiyyətli dərəcədə uğur qazanan, bu münasibətlə premial "Rus prozası antologiyası" və "Rus poeziyası antologiyası" nəşrlərində dərc olunan yazarlar laureat adını qazanmışlar.

"Puşkin medalı" laureatlara 2 dərəcə üzrə təqdim olunacaq: 1-ci (qızıl-gümüş tərkibli) və 2-ci (neyzilber tərkibli) dərəcəli. Həmyerlimiz 1-ci dərəcəli "Puşkin medalı" ilə mükafatlandırılacaq. Mükafatlandırma mərasimində Rusiyanın yüksək ranqlı dövlət məmurları, nüfuzlu mədəniyyət xadimləri və media nümayəndələri iştirak edəcək.

İyunun 4-də isə Varis Yolçuyev Moskvanın Qızıl meydanında keçiriləcək ənənəvi Kitab festivalında ayrıca stendlə təmsil olunacaq. Stenddə yazıçımızın Rusiyada çıxan kitabları, o cümlədən 2016-cı ildə Moskva Ədəbiyyat Mükafatına layiq görülmüş "Yanvarın 13 günü", habelə 2018-ci ildə ona Avrasiya materikinin ədəbiyyat üzrə 3-cü LiFFt festivallar festivalında qızıl laureatlıq gətirmiş "Metamorfoz" romanları nümayiş olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.