İQTİSADİYYAT


Yeddi ayda ölkə sakinləri orta hesabla 495 manatlıq ödənişli xidmətlərdən istifadə edib

Bakı, 22 avqust, AZƏRTAC

Yanvar-iyul aylarında əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2018-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 1,8 faiz artaraq 4 milyard 892,5 milyon manat olub.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, hüquqi şəxslər tərəfindən əhaliyə 3 milyard 599,2 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,6 faizidir.

Cari ilin yeddi ayında hər bir ölkə sakini orta hesabla 495 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 18,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.