Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Yeni Azərbaycan” qəzetinin əməkdaşlarına “Əməkdar Jurnalist” fəxri adının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram: 

Azərbaycan Respublikasında mətbuat sahəsində səmərəli fəaliyyətlərinə görə “Yeni Azərbaycan” qəzetinin aşağıdakı əməkdaşlarına “Əməkdar Jurnalist” fəxri adı verilsin:

 

Bayramov Nardar Məmməd oğlu

İsmayılov Nadir Nəbi oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 22 aprel 2013-cü il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin