CƏMİYYƏT


“Yeni Klinika”da COVID-19 əleyhinə peyvəndləmə davam edir

Bakı, 29 iyul, AZƏRTAC

“Yeni Klinika”da yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə canlı növbə əsasında peyvəndləmə davam edir.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, “Yeni Klinika” tibb müəssisəsində canlı növbə ilə peyvəndləmə COVID-19 əleyhinə istifadə edilən vaksinlərə əlçatanlığı təmin etmək məqsədilə təşkil edilib.

Tibb müəssisəsində “CoronaVac” və “Biontech/Pfizer” peyvəndləri vurulur. Peyvənd məntəqəsi həftə içi 5 gün, səhər saat 9:00-dan axşam 16:00-dək fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.