DÜNYA


Yeni Zelandiya iqtisadiyyatında 1987-ci ildən bəri ən böyük rüblük azalma qeydə alınıb

Tokio, 17 sentyabr, AZƏRTAC

Yeni Zelandiyada koronavirus pandemiyasının mənfi təsiri nəticəsində cari il iyunun sonlarında ümumi daxili məhsul (ÜDM) 12,2 faiz azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə sentyabrın 17-də Dövlət Statistika Bürosunun 2020-ci ilin ikinci rübü üzrə yaydığı hesabatda məlumat verilib. Bu, son 30 ildən çox bir müddətdə ən böyük azalma deməkdir.

Büronun hesabatına əsasən, ölkə iqtisadiyyatı martdan azalmağa başlayıb, lakin həmin vaxt Yeni Zelandiyada ÜDM-də cəmi 1,4 faiz azalma qeydə alınıb.

“2020-ci ilin iyununda ümumi daxili məhsulda 12,2 faiz azalma qeydə alınıb ki, bu da 1987-ci ildən bəri ən böyük rüblük azalma göstəricisidir”, - deyə büronun hesabatında bildirilir. Milli məlumatlar üzrə aparıcı mütəxəssis Pol Peskounun sözlərinə görə, ÜDM-nin belə azalması Yeni Zelandiya tarixində qeydə alınmış ən böyük göstəricidir.

Bürodan bildirdiyinə görə, COVID-19 virusunun mənfi təsiri faktiki olaraq, ölkə iqtisadiyyatının bütün sahələrində hiss olunub. Yeni Zelandiya üzrə istehlak xərcləri ümumilikdə 25 faiz, istehsalın ümumi səviyyəsi isə 21,1 faiz azalıb.

Əlavə olaraq qeyd edək ki, Yeni Zelandiyada ÜDM-də iki rüb ardıcıl texniki tənəzzül ilk dəfə 2009-cu ildə qeydə alınmışdı. Həmin vaxt ölkə iqtisadiyyatı birinci rübdə 0,1 faiz, ikinci rübdə isə 1 faiz azalmışdı.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.