Yeni maddələrin Aşqarlar Kimyası İnstitutunda xassələri öyrənilib
AzerTAg.az

Bakı, 6 dekabr, AZƏRTAC
Akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunun (AKİ) alimləri İrkutsk Kimya İnstitutundan olan həmkarları ilə apardıqları müştərək tədqiqat zamanı mühüm elmi nəticələr əldə olunub.
Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.
İnstitutun icraçı direktoru Əfsun Sucayevin sözlərinə görə, İrkutsk Kimya İnstitutunda akademik Boris Trofimovun rəhbərliyi ilə tədqiqat qrupunun sintez etdiyi 13 yeni maddənin Aşqarlar Kimyası İnstitutunda antioksidant aşqar kimi xassələri öyrənilib və yanacaqlara qarşı yüksək antioksidant olduğu təsdiqlənib.
Ə.Sucayev qeyd edib ki, əldə olunan elmi nəticə müştərək məqalə kimi “İran Kimya və Kimya Mühəndisliyi” adlı impakt faktorlu jurnalda dərc edilib.
Hazırda müştərək tədqiqatlar davam etdirilir.
Xəbərin mətnində orfoqrafik səhv var