ELM VƏ TƏHSİL


Yeni tədris ilinin ilk günü 8 məktəb istifadəyə veriləcək

Bakı, 14 sentyabr, AZƏRTAC

2020-2021-ci tədris ilinin ilk günündə yeni məktəblər istifadəyə veriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Bakı şəhərində Binəqədi rayonunun Novxanı qəsəbəsində “Bağlar” massivində yerləşən Laçın rayonu 21 nömrəli tam orta məktəb (264 şagird yerlik), Astara rayonu Burzubənd tam orta məktəbi (360 şagird yerlik), Sumqayıt şəhəri 9 nömrəli tam orta məktəb (1176 şagird yerlik), Beyləqan rayonu Dünyamalılar kənd tam orta məktəbi (624 şagird yerlik) ilk şagirdlərini qəbul edəcək. Eyni zamanda, Şamaxı rayonu Şəhriyar kənd tam orta məktəbi (360 şagird yerlik), Cəlilabad şəhəri yeni yaşayış massivində yerləşən tam orta məktəb (624 şagird yerlik), İmişli rayonu Muradxanlı kənd tam orta məktəbi (264 şagird yerlik) və Şamaxı şəhəri 2 nömrəli tam orta məktəbin əlavə korpusu (1180 şagird yerlik) istifadəyə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.