Yeniyetmə cüdoçularımız Dərbənddə altı medal qazanıblar
AzerTAg.az

Bakı, 28 aprel, AZƏRTAC
Azərbaycan cüdoçuları Dərbənddə Sovet İttifaqı Qəhrəmanı Şamsulla Əliyevin 100 illik yubileyinə həsr olunan ənənəvi turnirdə 6 medal qazanıblar.
AZƏRTAC xəbər verir ki, 2002-2003-cü il təvəllüdlü yeniyetmələrin mübarizə apardıqları yarışda “Qəbələ” idman klubunun idmançıları çıxış ediblər. Məşqçi Rail İsmayılovun rəhbərliyi altında mübarizə aparan cüdoçularımız komanda hesabında birinci olublar. Belə ki, Bəndalı Bəndalıyev (34 kq), Murad Bəşirov (46 kq) və Naməddin Yunusov (55 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Osman Osmanlı (50 kq) yalnız finalda məğlub olaraq gümüş mükafatla kifayətlənib. Novruz Əlverdiyev (30 kq) və Ümid Aslanov (42 kq) isə yarışı üçüncü pilləsində başa vurublar.
Xəbərin mətnində orfoqrafik səhv var